Belə yaşamaq mümkündür-nümunəsini göstərdi... - - Rəşad Məcid xatırlayır..

Belə yaşamaq mümkündür-nümunəsini göstərdi... - Rəşad Məcid xatırlayır..

Ustad müəllimimiz Şirməmməd Hüseynovu itirdik! Həyatımızda dərin bir boşluq yarandı. Tələbəlikdən üzü bəri, hələ şəxsən yaxın olmadığımız vaxtlardan ona əfsanə kimi baxırdıq. Düzlüyü, saflığı, ədaləti, prinsipiallığı və xarizmasıyla. Sonra “525”-də yollarımız kəsişdi. Tez-tez görüşdük. Dəyərlərə dəyişməz sadiqliyi, gördüyü işə sonsuz inamı və zövq alması, yorulmazlığı, əzmkarlığı, təmizliyi, saflığı, gözütoxluğu, müdrikliyi , ləyaqəti , mülayimliyi və hökmü ilə bizə nümunə oldu O! Belə yaşamaq mümkündür-nümunəsini göstərdi.
Keçən həftə yay tətilinə görə hər şənbə “525”-də dərc olunan yazılarına iki aylıq fasilə verdiyini söylədi və dünən bizi tərk etdi.Amma əminik ki, sentyabr gələcək, Şirməmməd müəllim yenə yazacaq, yenə qəzetdə tariximizi araşdıran yazıları, tələbələrinə örnək olan həyatıyla, müdrik söhbətləriylə bizimlə birgə olacaq! Allah rəhmət eləsin! Bütün xalqımıza, media ictimaiyyətinə, çoxsaylı tələbələrinə, fədakar , əziz Ülkər xanıma, Fərəh və Lalə xanımlara, nəvələrinə, doğmalarına dərin hüznlə başsağlığımı çatdırıram!

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !