Gündəliyimi vərəqlədim... - - Şahbaz Xuduoğlu Şirməmməd müəllimi xatırladı..

Gündəliyimi vərəqlədim... - Şahbaz Xuduoğlu Şirməmməd müəllimi xatırladı..

Böyük ustadımıza Allah rəhmət eləsin!

 

Gündəliyimi vərəqlədim. Şirməmməd müəllimlə bağlı bəzi qeydləri paylaşmaq istədim.

 

14 mart 2014

 

BDUnun professorları Qanuna dəstək üçün redaksiyamıza gəldilər

Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin professoru, əməkdar-jurnalist, Prezident təqaüdçüsü, 90 yaşlı Şirməmməd Hüseynov:

“Respublikada 500-ə yaxın nəşriyyat var. Mən bunların çoxu ilə bilavasitə əlaqədaram. Amma Qanun Nəşriyyatını seçmişəm. Nə üçün? Mən təmənnasız olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövlətini yaradan M.Ə.Rəsulzadənin əsərlərini 50 ildir ki, toplayıram və nəşr edirəm. Xüsusilə, müstəqillik dövründə, indiki zamanda kitab nəşr etmək məlumdur ki, problemdir. Mənə bu işdə ən çox yardım edən Qanun Nəşriyyatıdır. Bu nəşriyyatda mən M.Ə.Rəsulzadə əsərlərinin dördüncü cildini verdim, pulsuz-parasız nəşr etdirirəm, 2013-cü ildə. Yenə həmin il M.Ə.Rəsulzadənin «Bakı və Azərbaycan tarixinə dair» (1918-19) əsərini verdim və nəşr etdilər, pulsuz və parasız. Yenə həmin il Ömər Faiq Nemanzadənin «Nəşri Asarə dəvət» (1905) əsərini verdim, pulsuz və parasız nəşr etdilər. Belə bir nəşriyyata respublikada kim rast gəlib? Bunu bilmək və qiymətləndirmək lazımdır, cəzalandırmaq yox. 90 yaşında kişi yalan danışmaz”.

 

17 aprel 2014 cü il.

 

Şirməmməd Hüseynov gəlmişdi. Məmməd Əmin Rəsulzadənin əsərlərinin növbəti cildini nəşrə gətirmişdi. Yanında gənc tələbəsi ilə. Deyir ki, bu gəncə deyirəm gedək nəşriyyata, deyir bəlkə sabah gedək, bu gün başqa işlərim var. Deyirəm gənc sənin üçün sabah, gələn ay, gələn illər var. Mənim üçün isə yalnız saatlar. Sabaha qalmaq olmaz.
***
Mən indi ictimai nəqliyyatdan istifadə edə bilmirəm. Mənim yaşım üçün onlar çox ləngdirlər. İndi yalnız sürətli taksilərlər hərəkət edirəm. Qalan vaxt evdə işləyirəm.
***

O vaxt mən elmlər doktorluğu müdafiə etmədim, çünki humanitar sahədə doktor olanların hamısı öz xalqı və öz tarixinin əleyhinə yazmalı idi.
Doğrudur mən doktor olmadım, amma Məmməd Əmin Rəsulzadənin, Üzeyir bəyin əsərlərini topladım. Mən olmasam da o əsərlər olacaq. Amma o doktorların indi nə özləri, nə də əsərləri var.

 

23 dekabr 2015


Dünən Şirməmməd Hüseynovun İmza Günü idi. Formatı elə düşünmüşük ki, İmza verənlər danışmır, sadəcə kitablarına imza atır və şəkil çəkdirirlər. Gənclərdən biri Cümhuriyyət tarixi ilə bağlı Şirməmməd müəllimə sual verdi, o da Cümhuriyyət tarixini başdan ayağa böyük bir şövqlə o gəncə danışdı. Kənardan keçənlər belə ayaq saxlayıb onu maraqla dinləyirdilər.

 

30 iyun 2016


Şirməmməd müəllim nəşriyyata gəlmişdi

“Bəxtiyar 23 idi 25 oldu. Müharibəyə görə”.
“Uşaq andan olanda qeydiyyat olmayıb Quranın üstünə yazılırdı. Sovet hökuməti gəldi mollaları tutmağa başladı. Camaat evdə olan ərəb əlifbası ilə kitabları atdılar”.

“Bəxtiyar kitabının üstünü mənə yazmışdı ki, deyəsən çox yaşadıq.
Mən də ona yazdım ki, havayı yaşamadın, yaşamayacağıq da.Daha millət üçün işləyən vaxtdır. Cənnətdə yer yox, Cəhənnəmdə də deyəsən Şəkiyə qayıdası olacayıq”.
bir lətifə danışdı
“Şəkililər öküz arabasında gedirlər Yevlaxa. Gecə Cəfərabadda dayanırlar. Arabanın səmti Yevlax tərəf imiş. Gecə lotular kəllərin səmtini Şəkiyə tərəf döndərirlər. Yolçular səhərə yaxın doluşurlar arabaya, mürgüləyirlər. Xeyli gedəndən sonra biri deyir ayə durun, durun deyəsən bu Yevlax Şəkiyə oxşayır e”.

Şirməmməd müəllimdən soruşuram:
-Qulu müəllimdən nə xəbər var?
-Heç nə,Qullu müəllim yavaş- yavaş olur ULU müəllim.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )