Gürcü və rusların qarşılıqlı boykot və nifrətindən Beybala Mirzəyev yazdı.. -

Gürcü və rusların qarşılıqlı boykot və nifrətindən Beybala Mirzəyev yazdı..

Gürcülər rus dilində filmlərə baxmaqdan imtina edir... Ruslar isə gürcü restoranlarında pul xərcləməyə son qoyurlar...

İyunun 20-də Gürcüstanda baş verən anti-Rusiya məzmunlu aksiyalardan sonra hər iki ölkənin sıravi insanları və iş adamları da qarşı tərəfə "müharibə" elan etməklə məşğuldur.

Belə ki, hazırda Tiflisdəki bütün kinoteatrlar rus dilində səsləndirilən filmlərə qadağa qoyublar. İndi Tiflis kinoteatrlarında yalnız ingilis və gürcü dilində filmlərə baxmaq mümkündür.

Ruslar isə Rusiyanın müxtəlif şəhər və vilayətlərində fəaliyyət göstərən gürcü restoranları və kafelərini boykot edirlər. Gürcü mətbəxinin xolesterini artıran zərərli qidalarına "yox!" deməyə çağırış edən rusların sayı get-gedə artır.

Hər iki tərəfdən bu qarşılıqlı isterikanın nə vaxt bitəcəyi hələki bilinmir. Siyasətçilərin əkdikləri nifaq toxumlarını indi də sıravi gürcülər və ruslar dəstəkləyib, körükləyirlər.

Hər iki tərəfdə qarşılıqlı nifrət çox güclüdür. Xüsusən də ruslar dünənki müstəmləkələrin, ucqar respublikaların bu cür dikbaşlıq nümayiş etdirib, metropoliyaya - Rusiyaya qarşı çıxmalarını, tam müstəqillik nümayiş etdirməklərini heç cürə həzm edə bilmirlər.

Amma ruslar bir həqiqəti başa düşmürlər ki, müstəmləkə, imperiya, sovetlər dövrü artıq çoxdan keçib və geriyə yol yoxdur.

Ruslar bu həqiqəti nə qədər tez başa düşsələr və bu həqiqətlə nə qədər tez barışsalar, bu hamı üçün yaxşı olar. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !