Kreml Tiflis haqda səhv qərar verdi - - Arzu Nağıyev deyir..

Kreml Tiflis haqda səhv qərar verdi - Arzu Nağıyev deyir..

Gürcüstanda baş verən etiraz aksiyalarının geniş yayılmasında Qərbin də müəyyən dərəcədə əli var. Çünki Qərb Rusiyanın nüfuzunu bu ölkədə azaltmağa çalışır.

Bu sözləri Axar.az-a politoloq Arzu Nağıyev Gürcüstandakı vəziyyəti şərh edərkən deyib. O bildirib ki, gürcü xalqı rusların Gürcüstanda həm rəhbərlik, həm də dostluq etməsinə qarşıdır:

“Gürcüstanda mitinqlərin başlamasına səbəb Parlamentlərarası Pravoslav Assambleyasının Tiflisdə keçirilən 26-cı sessiyasının plenar iclasına Rusiyanı təmsil edən kommunist Sergey Qavrilovun sədrlik etməsi oldu. Düzdür, bu, mitinqlərin başlaması üçün tam səbəb olmasa da, məhz bundan sonra problemlər yaşandı. Əvvəllər Gürcü Arzusu Partiyasının rəhbəri Bidzina İvanişvili fikirləşirdi ki, Rusiya iqtisadi cəhətdən onlara kömək edəcək və bunun nəticəsində inkişaf edəcəklər. Lakin onun bu istəyi alınmadı. Bu gün gürcü xalqı müəyyən siyasi məsələlərlə razılaşsa da, son hadisəni qürurlarına sığışdıra bilmədilər və belə bir addım atdılar. 2008-ci ildə Abxaziya və Cənubi Osetiyanı Rusiyanın işğal etməsindən sonra RF nümayəndəsinin parlamentdə çıxışı Gürcüstan xalqının qüruruna toxundu və onlar belə hesab edirlər ki, bu hadisələr Gürcüstanın müstəqilliyinə mənfi təsir edən amillərdəndir. Baş verən hadisəni bu dərəcəyə gətirib çatdırmaq düzgün deyildi. Rusiya elə bilirdi ki, Gürcüstan xalqını tam şəkildə sakitləşdirib, lakin bu hadisələrdən sonra məlum oldu ki, nə gənc, nə də yaşlı nəsil Rusiyanın Gürcüstana qarşı etdiklərini bağışlamayıb”.

Politoloq qeyd edib ki, Gürcüstanın əvvəllər fəxrlə haqqında danışdığı hüquq-mühafizə orqanları bu gün aksiyalarda etirazçılara qarşı gözyaşardıcı qazlardan və rezin güllərdən istifadə edir. Bütün bu hadisələr isə xalqın heysiyatına toxundu:

“Bu olaylardan istifadə edən bəzi siyasi partiyalar aksiyaların geniş füsət almasına çalışır, Bidzina İvanaşvilinin partiyasının və bir neçə gürcü rəsmisinin istefasını tələb edir. Gürcüstanda əsas mübarizə siyasi partiyalar arasında gedir. Bütün bu hadisələrin qarşısını almaq üçün hesab edirəm ki, siyasi partiyalar danışıqlara getməlidir və problemləri həll etməlidir. Onlar dəqiq, kordinasiyalı şəkildə qərar qəbul etməlidirlər və yaxud indidən seçkilərə getməlidirlər. Əks halda problemlər böyüyəcək”.

Ekspert onu da bildirib ki, Gürcü Arzusu Partiyasından olan deputat Arçil Talakvadzeni məcburiyyət qarşısında parlamentin yeni spikeri seçiblər:

“Artıq koalisiya yaratmaq mümkün deyil. Hələ ki, spiker vəzifəsində iqtidar partiyasının nümayəndəsi qalmalıdır”. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !