Tahir Əmiraslanov böyük bir mübarizənin içərisindədi... -

Tahir Əmiraslanov böyük bir mübarizənin içərisindədi...

Böyük bir mübarizənin içərisindəyik. Moskvada bizim ruporumuz olan, 90 yaşlı "Qida və Cəmiyyət " jurnalı bir neçə il əvvəl bağlanıldı. Rəsmi və qeyri-rəsmi müraciətlərimizə baxmayaraq erməni plagiatına qarşı duran bu jurnala kömək edilmədi. Erməniyə qarşı durduğu üçün. Sonra lavaş erməni çörəyi kimi bir gün UNESKO-nun siyahısında oldu, o biri gün çıxarılıb, "Ermənistanda da bişirilən" -deyə yazıldı. Bir il sonra isə türklərin çörəyi anlamında siyahıda yer aldı.1990- cı ildən biz düşməni heç bir dünya tədbirinə, dünya təşkilatına buraxmadıq.
Dolmanı UNESKO-nun siyahısına salmağa başlayanda nə oldu? Ermənistan Mədəniyyət Naziri UNESKO-ya rəsmi məktubla müraciət etdi ki, T. Əmiraslanovun adı fayllardan çıxarılsın, çünki o, Ermənistanın düşməni və rasistdir. Müzakirə günü də düşmənlər UNESKO-da dolma uzərində deyil bu adın üzərində şüvən saldılar. Lakin Hörmətli
Vitse-Prezidentimizin nüfuzu sayəsində dolma UNESKO-nun siyahısında ölkəmizin mədəni numunəsi kimi tanındı. Bu vaxt düşmən dövləti qarşısına ciddi məqsəd qoydu:
1. T Əmiraslanovu, Milli Kulinariya Mərkəzini (AMKM) və Milli Kulinariya Assosiasiyasını (AMKA) ləkələmək, həm Azərbaycanda həm beynəlxalq aləmdə gözdən salmaq.
2. AMKA-nı parçalamaq, Ölkəmizdə alternativ qurumlar yaratmaqla AMKA-nın gücünü və sponsorlarını, yəni maliyyəsini dağıtmaq, onu zəiflətmək.
3. AMKM-ni dağıtmaq, onu vahid qüvvədən, parçalanmış vəziyyətə gətirmək, müasirlik adı ilə onu daha zəif bir quruma çevirmək, yaxud kökündən məhv eləmək. Hazırda bu məsələ ilə daha ciddi-cəhdlə məşğul olunur.
4. AMKA-nın və AMKM-in birgə fəaliyyətinin qarşısını almaq, onları tamam ayırmaqla gücdən salmaq.
5. AMKM və AMKA tərəfindən ölkəmizdə keçirilən böyük beynəlxalq festivalların qarşısını almaq, xaricdəki fəaliyyətini zəiflətmək.
Bu 5 məsələ hər gün həll edilir. Buna görə də Millətimizi, Ziyalılarımızı, dövlət Məmurlarımızı, İş Adamlarımızı bu məsələlərdə diqqətli olmağa səsləyirik. Hər bir qərardan əvvəl bu məsələlərdə bizimlə məsləhətləşmələrini rica edirik. Mediadan bu postumuzu və ardını paylaşmalarını xahiş edirik. Düşmən yatmır. İçimizdə, sapları özümüzdəndir. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !