FAO regional planlaşdırma seminarı keçirir - (+FOTOLAR)

FAO regional planlaşdırma seminarı keçirir (+FOTOLAR)

FAO Azərbaycan, Tacikistan və Özbəkistanda kənd təsərrüfatı üzrə ixracın təşviqi milli strategiyaların hazırlanması üzrə regional planlaşdırma seminarı keçirir


FAO-nun yeni layihəsi seçilmiş kənd təsərrüfatı məhsullarının ixracı üçün milli strategiyalarının hazırlanmasına dəstək verəcəkdir.


Bakı, 27 iyun 2019 – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar Ticarət Şirkəti Azərbaycan, Tacikistan və Özbəkistanda kənd təsərrüfatı üzrə ixracın təşviqi milli strategiyaların hazırlanması üzrə 2-günlük regional planlaşdırma seminarı keçirir
Tədbir layihənin üç benefisiar ölkənin hökümət rəsmiləri, digər milli maraqlı tərəfləri, FAO-nun Subregional və Baş Ofisindən texniki əməkdaşları, milli və beynəlxalq məsləhətçiləri və Beynəlxalq Qida Siyasəti Tədqiqat İnstitutunun (IFPRI) nümayəndələrini bir araya gətirib.
Tədbir layihənin məqsədləri, quruluşu və həyata keçirilmə üsullarını ümumi bir anlayışa çatdırmaq, benefesiar ölkələri tərəfindən hazırlanmış ilkin siyahıya əsaslanan layihə çərçivəsində tədqiq olunacaq prioritet kənd təsərrüfatı məhsulları üzrə müxtəlif maraqlı tərəflər arasında konsensusa nail olmaq və hər bir fərdi ölkə üçün layihənin həyata keçirilməsi planın razılaşdıraraq üç layihə məqsədinə nail olmağa imkan yaratmaq məqsədlərini daşıyır.
Seminar 2018-ci ildən FAO-nun Mərkəzi Asiya üzrə Subregional Ofisi tərəfindən icra olunan və FAO-nun Texniki Əməkdaşlıq Proqramının vəsaitləri hesabına maliyyələşən regional layihə çərçivəsində təşkil olunub.
Təklif olunan layihə aşağıda sadalanan üsullar vasitəsilə milli dövlət qurumları və özəl sektor üzrə maraqlı tərəflərin aqrobiznes məhsullarının ixracının artırılması üzrə məqsədlərinə nail olmasını dəstəkləyəcək:
- Bazara çıxış (tarif və qeyri-tarif baryerləri) üçün tələb və qaydalar baxımından potensial ixrac bazarlarının təhlili;
- Milli istehsal, dəyər zənciri və ixrac potensiallarının qiymətləndirilməsi, o cümlədən benefisiar ölkələrdə mövcud maneələri dəf etmək, istehsal və ixrac potensiallarını həyata keçirmək məqsədini daşıyan milli ixracın təşviqi strategiyalarının ilkin versiyasının hazırlanması.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !