Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və insan haqları mövzusunda tədbir keçirilib -

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və insan haqları” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycanın AŞPA-dakı daimi nümayəndəliyinin dəstəyi ilə Beynəlxalq Dialoq və İnkişaf Alyansı Avropa Şurası Parlament Assambleyasında “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və insan haqları” mövzusunda tədbir keçirilib. Tədbirdə müxtəlif ölkədən olan deputatlar, KİV nümayəndələri iştirak ediblər. Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, tarix elmləri namizədi Nüşabə Məmmədova çıxış edərək bildirib ki, 5 il bundan əvvəl Kəlbəcər rayon sakinləri Dilqəm Əsgərov və Şahbaz Quliyev öz valideynlərinin qəbirlərini ziyarət etmək istəyərkən Erməni silahlı qüvvələri tərəfindən silahlı qüvvələri tərəfindən girov götürülüblər. Avropa Şurası İnsan Haqları üzrə Avropa Məhkəməsində bu məsələyə baxılması prosesi uzanır. Nəzərə alınmalıdır ki, onların səhətində ciddi problemlər var və bu məsələnin həlli sürətləndirilməlidir. Tədbirdə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov, 2 ilə yaxın müddətdə atasına dair heç bir video və ya foto görüntüsünün olmadığı birdirdi və Avropa Şurası Parlament Assambleyası üzvlərindən atasının azad olunması, geri qaytarılması ilə bağlı müvafiq addımlar atmağa çağırıb. Tədbirdə AŞPA-da Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva, Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov əsir və girovların beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq dərhal və qeyd şərtsiz qaytarılması ilə bağlı məruzə etdilər. Tədbirdə Azırbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Beynəlxalq Dialoq və Inkişaf Alyansı tərəfindən hazırlanan “Əsir və Girov götürülmüş Azərbaycan vətəndaşlarının beynəlxalq müdafiəsi” adlı film nümayiş olunub. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !