Azərbaycan: Tolerantlıq ünvanı adlı tədbir – sərgi keçiriləcək - (+FOTO)

“Azərbaycan: Tolerantlıq ünvanı” adlı tədbir – sərgi keçiriləcək (+FOTO)

28 iyun – 10 iyul 2019-cu il tarixlərində Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edəcək. Həmin sessiya çərçivəsində 28 iyun 2019- cu il tarixində saat 16 00 - da Azərbaycan İstiqlal Muzeyində “Azərbaycan: Tolerantlıq ünvanı” adlı tədbir – sərgi keçiriləcək.
Tolerantlıq — dini dözümlülük. Yəni digər inanc və əqidələrə dözümlü yanaşma. Tolerantlıq insan hüquqları və vicdanı ilə bağlıdır. Tolerantlıq insan azadlıqları və hüqüqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Onun üçün həm də irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizmin qəbul edilməməsi xarakterikdir. Azərbaycanda tarixən dini tolerantlıq mədəniyyətinin yüksək olduğunu dəfələrlə, həm dinşünas alimlər, həm də digər dinlərin nümayəndələri etiraf etmişlər. Azərbaycan çox konfessiyalı bir ölkədir və burada tarixən müxtəlif dini və mədəni abidələr mövcuddur.
2018- ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 423 nömrəli qərarına əsasən Azərbaycan Dövlət Din Tarixi muzeyinin eksponatları Azərbaycan İstiqlal Muzeyinə verilib.
Sərgidə keçmiş Azərbaycan Dövlət Din Tarixi muzeyinin fondunda qorunub saxlanılan müxtəlif dinlərə məxsus 50 - ə qədər əşya nümayiş etdiriləcək.
Sərgi UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində 28 iyun- 15 iyul tarixləri aralığında açıq olacaq.
Tədbirdə dini icmaların, Bakı Beynəlxalq Multikultralizm Mərkəzinin, muzeylərin əməkdaşları və.s qonaqlar iştirak edəcəklər

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !