Jurnalist Hidayət Elvüsalın 70 illik yubileyi münasibətilə tədbir keçirildi - ViDEO+FOTOLAR ( AZpress.AZ - Q.Əli)

Jurnalist Hidayət Elvüsalın 70 illik yubileyi münasibətilə tədbir keçirildi ViDEO+FOTOLAR ( AZpress.AZ - Q.Əli)

  AZpress.AZ xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə tanınmış yazıçı, jurnalist Hidayət Elvüsalın 70 illik yubileyi münasibətilə tədbir keçirildi. 

***

Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində tanınmış yazıçı-jurnalist Hidayət Elvüsalın 70 illik yubileyinə həsr olunmuş mərasim keçirildi. Təntənəli mərasimi Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov açdı, yubilyarın həyat və yaradıcılığından danışdı. Hidayət Elvüsala Azərbaycan Mətbuat Şurasının diplomu və Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsi təqdim olundu. Mərasim iştirakçılarından Məzahir Süleymanzadə, İsrafil Qurbanov, Şakir Yaqubov, Həbib Misirov, Hacı Mehman, Rəhim Hüseynzadə, Fazil Güney, Maral Poladova, Akif Cabbarlı, Əlipənah Bayramov, Rizvan Hilaloğlu, Rafiq Hacıyev, Sənubər Əkbərova, Allahverdi Eminov, Tahir Aydınoğlu və başqaları çıxış etdilər. Həm də bəstəkar kimi tanınan Hidayət Elvüsalın Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən buraxılan "Kəlbəcər" adlı mahnılar toplusunun da təqdimatı oldu. Yubilyar Hidayət Elvüsal çıxış edərək göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Mətbuat Şurasına, Ahıl Jurnalistlər Məclisinə, mərasim iştirakçılarına minnətdarlığını bildirdi.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !