BDU-nun Hüquq fakültəsində magistr dissertasiyalarının müdafiəsi keçirilib -

BDU-nun Hüquq fakültəsində magistr dissertasiyalarının müdafiəsi keçirilib

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Hüquqşünaslıq” ixtisasının “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” və “Transmilli cinayət hüququ” ixtisaslaşmaları üzrə magistr dissertasiyaların müdafiəsi keçirilib. Dissertasiya işləri “Cinayət hüququ və kriminologiya”, “Cinayət prosesi” və “Kriminalistika və məhkəmə ekspertizası” kafedralarında yerinə yetirilib. Müasir hüquq elminin və təcrübəsinin aktual məsələlərinə həsr edilən dissertasiyaların müdafiəsi olduqca maraqlı və səmərəli şəraitdə keçirilib.

İxtisaslaşdırılmış magistr dissertasiya müdafiəsi şurasının sədri, Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi Prokuroru, hüquq üzrə fəlsəfə doktoru Xanlar Vəliyev magistrantların elmi və peşə hazırlığını müsbət qiymətləndirib, konktret müdafiə mövzuları üzrə öz təcrübəsindən irəli qələn fikirlərini bölüşüb, gənc hüquqşünas elmi tədqiqatçılara gələcək işlərində məsuliyyətli, prinsipial və vətənpərvər olmağı arzu edib.

Qeyd edək ki, müdafiədə 15 magistrantın dissertasiya işləri müzakirə olunub, onların əksəriyyəti “əla” qiymət alıb.

Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev ixtisaslaşdırılmış magistr dissertasiya müdafiəsi şurasının sədri, Azərbaycan Respublikasının Hərbi Prokuroru Xanlar Vəliyevin iştirakını, təklif və tövsiyələrini yüksək qiymətləndirib, müdafiəyə buraxılan işlər haqqında müsbət fikirlərini söyləyib.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !