Eminquey falçıların müştərilərlə məzələnməyindən danışdı.. -

Eminquey falçıların müştərilərlə məzələnməyindən danışdı..

Bu günlərdə "Space tv"də qonaq idik. Mövzu "cəhalət, yoxsa boşluq?" idi.

Elçin bəyin verilişindən sonra falçılar bizi çaya qonaq elədilər. Bahalı Xammerlə restoranların birinə getdik. Mən həyatımın ən bərbad gününü yaşadım bu gün. Bu ölkədə "heç kim" olduğumu dərk etmək bilirsiniz necə ağırdır? Bilirsiz necə ağrıdır? Bizim çay süfrəsində olduğumuz müddətdə bilirsiniz hansı həqiqətləri öyrənmişəm? Bu falçıların yanına kimlər gəlib, bilirsiniz? Bilirsiniz nə qədər zəng, mesaj gəldi falçı Almaza?

Falçı Fəridin "özünüzə yazığınız gəlsin, kimə lazımdı sizin yazdığınız kitab?", Almazın maaşımızı soruşub kinayəylə "gəlin mənim yanımda işləyin, üç qatını verərəm" deməsi yeddi qatımdan girdi də, çıxdı da. Günə ən azı 2000 min qazanan bu adamları xalq saxlayır, xalq! Verilişdə bizi falçıları qınayanda alqışlayanlar veriliş bitən kimi bu falçıların qəbuluna düşmək üçün dəridən-qabıqdan çıxırlar.

Falçı Fəridin 27 yaşı var. Altındakı üç maşını, dörd-beş villasını xalq, imkanlılar, vəzifədə olanlar alıb ona. Deyir, deputatlardan biri gəlmişdi. Dedim, səndə cin var. Çıxartmalıyam. Şalvarını çək aşağı. Çəkdi. Dedim, dalına üç dənə şillə vur. Vurdu! Bir az məzələndim, cinini çıxartdım, getdi. 2000 manat da pulunu aldım. Və Fəridə "düz yolda olduğunu düşünürsən?" sualıma "həri, mənimlə bir oxuyan əlaçılar indi fəhlə, kuryer işləyirlər, mənə bax, geyimim, pulum, maşınım, bunları mənə Allah verib və veribsə deməli, düz yoldayam" deyə cavabı.

Prodüsseri üzünü falçıya tutub dedi:

- Bu oğlanlar yazı-pozu adamıdılar. Gəl belə edək. Onlar sənə şeir yazsınlar. Sən də onların kitabını çıxartmaqlarına kömək elə.

Fərid:

- Yazsınlar. Bəyənsəm 200 manat verərəm.

Bu adamlar elə bilirlər ki, hamı özünü pula satır. Susmağımızdan anladılar ki, yazmarıq. Hadisələr o qədər iyrənc hal almışdı ki, yazını uzadıb nə özümü, nə də sizi peşman etmək istəmir.

Amma hamısı bir güllə kimi beynimə, ürəyimə ilişib qalıb. Özümə nifrət edirəm... 

 

adalet.az

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !