Cİ ƏMƏKDAŞLARI "KİÇİK AKADEMİYA" ÜZVLƏRİNİN HAZIRLIĞINI QİYMƏTLƏNDİRİBLƏR -

Cİ ƏMƏKDAŞLARI "KİÇİK AKADEMİYA" ÜZVLƏRİNİN HAZIRLIĞINI QİYMƏTLƏNDİRİBLƏR

AZpress.AZ xəbər verir ki, AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları – İnstitutun məktəblilərlə iş ənənəsini davam etdirərək növbəti dəfə münsiflər kürsüsündə əyləşiblər.


Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d., dosent Elina Kərimova və İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Cəmilə Əhmədova iyunun 25-də Bakı şəhəri, Nizami rayonunda yerləşən 238 saylı tam orta məktəbində keçirilən “Kiçik Akademiya” üzvlərinin IV elmi konfransında iştirak ediblər.


Konfransın keçirilməsi bir neçə məqsəd daşıyıb: gənc nəsli elmin ən aktual problemləri ilə tanış etmək; şagirdlərin nitq qabiliyyətini inkişaf etdirmək; onlarda ilkin elmi tədqiqat vərdişlərini formalaşdırmaq; elmə həvəs oyatmaq; şagirdlərə beynəlxalq elmi müsabiqələrdə davranmaq mədəniyyəti aşılamaq və ən əsası, müasir düşüncəyə malik insan yetişdirmək olub.


Məktəblilər konfransda ədəbiyyat, coğrafiya, fizika, kimya və s. kimi elmin müxtəlif istiqamətlərində məruzələrlə çıxış edərək, biliklərini nümayiş etdiriblər.


Coğrafiya bölməsi üzrə münsiflər heyətinin üzvləri olan İnstitut əməkdaşları bütün məruzələrdən razı qalaraq məktəblilərin məruzələrini yüksək qiymətləndiriblər.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !