Tereza Mey bu gün də Putinin kefinə "soğan doğramağı" bacardı... - - Beybala Mirzəyev yazır..

Tereza Mey bu gün də Putinin kefinə "soğan doğramağı" bacardı... - Beybala Mirzəyev yazır..

Osakada (Yaponiyada) keçirilən "Böyük 20-lər" sammitində V.Putinin əhvalı əla idi. Lakin İngiltərənin Baş naziri Tereza Mey həmişə olduğu kimi bu gün də Putini dilxor etməyi bacardı. Geniş toplantıdan öncə bu iki lider arasında keçirilən tet-a-tet görüş zamanı T.Mey Putinə açıq şəkildə bildirib ki, "Rusiya məsuliyyətsiz hərəkətlərinə son qoymayınca, Moskva ilə London arasında münasibətlərin normallaşması mümkün deyil"...

Yeri gəlmişkən, o bu gün G-20 liderləri arasında Putinlə bu qədər açıq və sərt danışan yeganə lider olub. Yaxşı ki, dünya liderləri arasında belələrinə hələ də rast gəlmək olur.

 

p.s.
Jurnalistlər isə həmişə olduğu kimi bu gün də T.Meyin geyiminə daha çox diqqət yetiriblər. Belə ki, T.Mey Putinlə 2016-cı ildəki görüşündə də qırmızı əlbisəyə üstünlük vermişdi. Bu gün də demək olar ki, cüzi fərqlərlə eyni qarderobdan istifadə edib. Yəqin ki, bu jestin də hansısa bir alt mesajı var.

Hə, 2016-cı ildəki görüşdən fərqli olaraq T.Mey bu gün Putinin üzünə ümumiyyətlə gülümsəməyib. Görüş ərzində axıra qədər ciddi üz ifadəsi ilə diqqət çəkib.

Putin yəqin ki, bu sərt qadını heç vaxt unutmayacaq... 

 

 

www.gazeta.ru/politics/2019/06/28_a_12460489.shtml

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !