Arzu Nağıyev rus diplomatın anlaşılmaz mövqeyinə Bakının etirazından danışdı... -

Arzu Nağıyev rus diplomatın anlaşılmaz mövqeyinə Bakının etirazından danışdı...

Paşinyan hakimiyyəti ilə Qarabağ klanı arasında gərginlik fonunda rus diplomatın anlaşılmaz mövqeyi Bakının etirazına səbəb oldu...(29.06.2019)
... Politoloq Arzu Nağıyev bu haqda danışarkən bildirdi ki, Rusiyanın Paşinyana münasibətinin pis olması heç də Ermənistanla münasibətin pis olması demək deyil: “Məsələyə bu prizmadan yanaşmaq lazımdır. Rusiya və Ermənistan hərbi müttəfiqdirlər və bunu gizlətmirlər. Demək olar ki, Paşinyan hər bir atdığı siyasi addımı Rusiya ilə razılaşdırır və hətta təlimatlar alır. Sanki baş verənlər Rusiyanın ssenarisi əsasında həyata keçirilir. Bu, Köçəryanın həbsindən tutmuş, Xaçaturovun vəzifədən çıxarılmasına qədər bütün məsələlərdə özünü göstərir. Dağlıq Qarabağ separatçıları ilə guya ki, dərinləşən qarşıdurmanı da bura əlavə etsək, görərik ki, hər yerdə Rusiyanın dəsti-xətti var”.

A.Nağıyevin fikrincə, xarici siyasəti dönməz dövlətlər var ki, bunlardan biri də Rusiyadır: “Hakimiyyətdə istər Paşinyan olsun, istər Sərkisyan, əsas məsələ Ermənistanla anlaşmaqdır. Məsələyə bu prizmadan yanaşmaq lazımdır. Rusiya və Ermənistan hərbi müttəfiqdirlər və bunu gizlətmirlər. Hətta Putinlə dostluq əlaqəsi olduğu deyilən Köçəryan artıq cinayət məcəlləsinin ən ağır iki maddəsi ilə həbsdədir. Yəni Rusiya istədiyi vaxt kimi istəsə, öz məqsədi naminə "xərcləyə" bilər”.

Qarabağda hərbi əməliyyatlara başladığımız halda, Rusiya Ermənistanı himayə edə bilərmi? Politoloq: “İnandırıcı deyil ki, hərbi əməliyyatlarda Rusiya ilə qarşıdurma olsun. Rusiya çalışır ki, hərbi əməliyyatlar olmasın, çünki bu ondan da yan keçməyəcək. Ən azından 102-ci baza və onun ermənilərə, hətta separatçılara verdiyi silahlar var. Bu da üzə çıxsa, Rusiyanın onsuz da tənəzzülə uğrayan nüfuzu bir az da azala bilər. Ən maraqlısı da odur ki, Rusiya ATƏT-in Minsk Qrupunun üzvü və mühüm fiqur, özü də açar fiqur olduğu halda, belə addımlar atır. Danışıqlara rəhbərlik edən şəxs daima ermənilərin müdafiəçisi olub və deklorativ bəyanatlarla bütün danışıqları, neçə deyərlər, yola verib. Buna görə də format dəyişməlidir. Yəni Rusiya Xarici İşlər Nazirliyi münaqişənin həllində maraqlı olmalı və ikili mövqedən çıxış etməməlidir”. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !