ÜGT-nin e-learning Modullarından istifadə üzrə Lisenziya verilməsinə dair Razılaşma imzalanıb - (+FOTO)

“ÜGT-nin e-learning Modullarından istifadə üzrə Lisenziya” verilməsinə dair Razılaşma imzalanıb (+FOTO)

İyunun 28-də Brüssel şəhərində keçirilən Gömrük Əməkdaşlıq Şurasının 133/134-cü sessiyaları çərçivəsində Dövlət Gömrük Komitəsi ilə ÜGT arasında “ÜGT-nin e-learning Modullarından istifadə üzrə Lisenziya” verilməsinə dair Razılaşma imzalanıb. Sənədi Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev və ÜGT-nin Administrasiya və Şəxsi Heyətinin rəhbəri Hans Pieters imzalayıblar.
Qeyd edək ki, təhsildə yeni metod və yanaşmaları ehtiva edən “e-learning” bilik və məlumatların elektron qaydada məsafədən əldə olunmasına, öyrənilməsinə, analiz edilməsinə və dəyərləndirilməsinə şərait yaradan bir sistemdir.
Layihə gömrük sahəsində çalışanların bilik və bacarıqlarının artırılmasında, potensialın gücləndirilməsində mühüm rol oynamaqla yanaşı, təcrübə mübadiləsi istiqamətində də səmərəli nəticələrin əldə olunmasına şərait yaradır.
Dövlət Gömrük Komitəsi tərəfindən 2019-cu ilin mart ayından etibarən tətbiq edilən layihə ilk mərhələdə Dövlət Gömrük Komitəsinin Akademiyasında reallaşdırılıb, hazırda isə gömrük əməkdaşları da bu sistemdən faydalanırlar.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !