Buta Xüsusi Qayğıya Ehtiyacı olan Uşaq və Yeniyetmələrə dəstək İctimai Birliyi layihənin təqdimatın keçirdi - (+FOTOLAR)

“Buta” Xüsusi Qayğıya Ehtiyacı olan Uşaq və Yeniyetmələrə dəstək İctimai Birliyi layihənin təqdimatın keçirdi (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 27 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezdenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə yardımı ilə “Buta” Xüsusi Qayğıya Ehtiyacı olan Uşaq və Yeniyetmələrə dəstək İctimai Birliyinin “Xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrə qarşı diskiriminasiya münasibətlərinin dəyişdirilməsinə həsr olunan sosial çarxların hazırlanması” layihəsinin təqdimat tədbiri keçirilidi.
Tədbiri giriş sözü ilə birliyin sədri Günay Ağamalı açaraq bildirmişdir ki, “Buta” Xüsusi Qayğıya Ehtiyacı olan Uşaq və Yeniyetmələrə dəstək İctimai Birliyinin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə qarşı diskriminasiya münasibətlərinin dəyişilməsi, bu uşaqların cəmiyyətə inteqrasiyası, sosiallaşması istiqamətində işlərin aparılmasıdır.
Təqdimatda tarix elmlər doktoru, professor, millət vəkili Fəzail Ağamalı, Azərbaycan Respublikasının Prezdenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi, Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman aparatının nümayəndələri, BDU-nin professoru, Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri Mais Əliyev, Məktəbəqədər təhsilin kurikulumu şöbəsinin müdiri Laləzar Cəfərova, Müasir İnovasiyalar Liseyinin direktoru Sevinc Əliyeva, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zenfira Ağayeva, İnkluziv cəmiyyət naminə əlilliyi olan şəxslərə dəstək İctimai Birliyin sədri Ramilə Mahmudova çıxış edərək ilk öncə yeni yaranan birliyin fəaliyyətinə uğurlar diləmiş və layihənin vacibliyini vurğulamışdırlar. Bu cür layihələrin cəmiyyətə verəcəyi faydadan danışılmış və müzakirələr aparılmışdır.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !