Beybala Mirzəyev PKK-nın Güney Azərbaycan kəndlərinə hücumundan danışdı... -

Beybala Mirzəyev PKK-nın Güney Azərbaycan kəndlərinə hücumundan danışdı...

PKK-nın İran qolu olan PJAK terrorçuları Cənubi Azərbaycanın kəndlərinə silahlı hücumlara başlayıb.

"Yeni Sabah" saytı “Yeni Şafak” qəzetinin yazdıqlarına istinadən xəbər verir ki, PJAK yaraqlıları azərbaycanlıların yaşadıqları kəndlərin sakinlərini evlərindən qovmağa çalışır.

İranın Qərbi Azərbaycan əyalətinin valisi Məhəmməd Mehdi Şəhriyari isə nəinki baş verənlərə müdaxilə etmir, üstəlik onun PKK yaraqlılarına aylıq maaş ödədiyi də bildirilir.

Xəbərə görə Türkiyə silahlı qüvvələrinin həyata keçirdiyi son “Pəncə” əməliyyatı nəticəsində sıxışdırılan PKK İranın Türkiyə ilə həmsərhəd bölgəsində yerləşən, azərbaycanlılar yaşayan kəndlərə hücumlar etməyə başlayıb.

Urmiyə, Xoy, Səlmas, Çaldıran və Maku vilayətlərinin onlarla kəndində yaşayan Azərbaycan türkləri hal-hazırda təhdid altındadır.

Həmin kəndlərə aylardır elektrik və su verilmir, məktəblərin çoxu bağlanıb. PJAK terrorçuları kəndlərə girərək sakinləri təhdid edir.

PJAK-ın iki gün əvvəl həyata keçirdiyi hücum zamanı Həsən Dərgahi, Tohit Müsteşari və Əli Əskər Heydərzadə adlı üç azərbaycanlı həlak olub.

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) başqan yardımçısı Elyar Makuyi bildirib ki, İran azərbaycanlılarına qarşı təhdidlər Türkiyə ordusunun son əməliyyatlarından sonra artıb.

“PJAK terrorçuları sərhəd kəndlərinə girərək sakinləri kəndləri boşaltmağa məcbur etmək istəyir. Qərbi Azərbaycan əyalətinin kürd əsilli valisi Məhəmməd Mehdi Şəhriyari isə kəndlərin elektrik, su və digər infrastruktur xidmətlərini əngəlləyir. Daha əvvəl azərbaycanlılar əleyhinə bir çox təxribatlar həyata keçirən valini kürd əsilli daxili işlər naziri Rəhmani Fazli himayə edir”,-Elyar Makuyi bildirib.

Xəbərə görə, Türkiyə ilə sərhəddəki azərbaycanlı kəndlərinə PJAK terrorçularının həmlələrinə göz yuman daxili işlər naziri bu yaxınlarda Qəndil dağlarına da baş çəkib. PKK terrorçuları ilə foto çəkdirən Rəhmani Fazli İranın bütün məzlumlar üçün “ümid yeri olduğunu” deyib.

Yerli sakinlər deyirlər ki, İranın təhlükəsizlik qüvvələri PKK terrorçularının kəndlərə həyata keçirdikləri silahlı hücumlara göz yumur. /Virtualaz.org/ 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )