Demirik ki, turisti boynumuza mindirək... - - Sənan Nəcəfov yazır..

Demirik ki, turisti boynumuza mindirək... - Sənan Nəcəfov yazır..

Bilirsiniz yəqin, 5-6 gün əöncə Aktauda qazaxlar bu paylaşdığım fotoya görə neft şirkətində işləyən 30 ərəbi eşşək balası kimi çırpıb qovublar. Belə ki, ərəblərdən biri bu tərbiyəsiz fotonu paylaşıb, həmin şirkətdə işləyən qazaxlar möhkəm əsəbləşiblər. Polis-mühafizə kömək edə bilməyib. 5-6 nəfər xəstəxanalıq olub, 4-5 ölümcüldü. Əlqərəz. Bunu səhifədə paylaşmışam. Ora bir nəfər xanım bu şərhi yazıb:
"Bizim gencler bele bir reyaksiya verseler...Çimerliikde ereblerin tercümeçisi Azerbaycanlı qızı piyan erebler qışqırdaraq atıb tuturdular.Bizim kişilerde baxıb gülürdü..."
Deməyə söz qalmır. Biz niyə beə qorxaq olduq? Tutaq ki, bir nəfər azərbaycanlı ora yaxınlaşıb, sözünü desə nə olardı ki? Nə edəcəkdilər?
Özümdən qəhrəman obrazı yaratmaq fikrindən çox uzağam. Amma bir hadisəni danışım. Avroliqanın final ərəfəsi Arsenal forması geyinmiş 4-5 ərəb metro ilə gedirdilər. Ayaqlarını ayaqlarının üstünə qoyub hırıldayırdılar, Anqıraraq danışır, kənardakıları süzürdülər. Sanki "biz turistik başqa sözünüz var?" mesajı verirmişlər kimi. Mən də üçnəfərlik skameykada gedirəm. Bir xanım narahatlığını bəlli etdi. Ona bir balaca qız da qoşuldu, qorxduğunu dedi.
Qalxdım ayağa, yaxınlaşdım bu debillərə və sakit olmalarını tələb etdim. Nə olduğunu soruşdular. dedim "bura metrodu, anqırmaq yeri deyil. Burada gedənləri narahat edirsiniz. Sakit olmağınız məsləhətdir". Vallahi deyirəm: "oldu"- dedilər və mumladılar!
Turist olanda nə olar? O deməkdir ki, anqırıb istirahətimizi, yaşayışımızı pozmalıdılar?
Turistə aldatma, ona hücum edib pulunu alma, kobudluq etmə deyirik. Demirik ki, anqırıb əsəblərimizi pozsunlar, o azərbaycanlı qızı havaya atıb-tutsunlar, biz sakit dayanaq. Xeyr! Elə deyil! 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )