Vaqif Yusifli Namiq Dəlidağlı üçün yazdı.. - - "AXTARIŞ VARSA..."

Vaqif Yusifli Namiq Dəlidağlı üçün yazdı.. - "AXTARIŞ VARSA..."

“...Namiq Dəlidağlı elə ilk şeirlər kitabından öz poetik axtarışları ilə diqqəti cəlb elədi. Şair istər kədərdən yazsın, istərsə sevincdən, ilk növbədə, özünün ŞAİR obrazını yaratmalıdır.
Həmin o kədər silsiləsində Namiqin axtarışları uğurlu idi. Kəlbəcərdən çox uzaqda ata məzarı haqqında düşünmək oğul hissiyyatıdır, amma bu hissiyyat Şair hissiyyatına çevrilir: "Orda yad əlində ata məzarı, Burda ürəyimin başı üşüyür"
Birinci kitabındakı şeirlərdə iyirmi-iyirmi beş yaş arasında keçilən ömrün yaşantıları əks olunur. Həyatın, dünyanın, gördüyü reallıqların rəngləri, boyaları ilə cizgilənən şeirlər yazılır. "itirdim sonuncu ümidimi də" nidası eşidilsə də, bu, ani bir təəssüratı ifadə edir. "Böyüyür dərdim, böyüyür" və dərdin böyüklüyünü də öz içində axtarır. Ata həsrətində, yadına düşən qərib axşamlarda...hətta özünün yox, dərdinin iyirmi beş yaşına mübarək deyir. Amma təbiətə sığınanda, dağları, meşələri, çayları seyr edəndə dərdlər unudulub gedir. "Neçəki dağlar var, çaylar axacaq, Dağların gözünün yaşıdı çaylar".
2017-ci ildə Namiq Dəlidağlının növbəti şeirlər kitabı ilə tanış oldum -"Otel otağından reportaj". Artıq bu kitabda Namiq Dəlidağlının bir şair kimi kamilləşdiyinin şahidi oluruq. Yenə Kəlbəcər həsrəti, yenə o dağların xiffəti, Vətəndə Vətən həsrəti . "Aparammıram" şeiri həmin həsrətin zirvəsidir:

 

Ta demirəm sağlıq olsun, ay ana,
boşalanlar bir də dolsun, ay ana,
Namiq adlı oğlun ölsün, ay ana,
Səni Kəlbəcərə aparammıram.

 

Məmməd Aslanın və Ağa Laçınlının xatirəsinə həsr olunmuş şeirlərdə kədərin Məmməd Aslan və Ağa Laçınlı rəngləri ilə qarşılaşırıq. "Torpağa bir tabut söz basdırdılar" - elə bu misra kifayətdir ki, Məmməd Aslanı hər gün yad edək. "Çiçəklərin ballanmağını arılardan qabaq duyurdu Ağa Laçınlı. Laçın dağlarından şirə toplayıb kitab şanlara hörürdü Bakıda"- Ağa Laçınlının şair obrazının ən mühüm cizgisi budur. Ağa Laçınlı mənim fikrimcə, şəhərdə yeriyən bir nəhəng ağac idi, kəndin müdrikliyini, torpağın ətrini, dağların ucalığını yaşadırdı şəhərdə. Amma "xan Laçına gedə bilmədi Ağa Laçınlı".
Namiq öncə qeyd etdiyim kimi axtarışı sevir, söhbət əlbəttə, şeirdən gedir. Məsələn, onun "Kəpənək sevgisi" şeiri orijinaldır, təzə, hansı şairinsə demədiyi, kəpənəkləri seyr edib yanından ötdüyü şeirlərə bənzəmir.

Bir çimdik canınla
necə sevirsən bu qədər gülləri,
çiçəkləri sən?
Necə qanın qaynayır
sənin gülə-çiçəyə,
sənin ki, qanın yoxdur,
qansız da sevgi olar?
...Mənim qanım olsa da,
sənin kimi sevmədim nə gülü,
nə çiçəyi, nə də ki, adamları...
Sənin sevgin dünyada
ən ilahi bir eşqdir!
Ən ağrılı ölüm belə
ağlatmır kəpənəkləri.
Kəpənəklər
güllərin
sevdasından
özləri ölür!”

 

Vaqif YUSİFLİ, tənqidçi,
filologiya elmləri doktoru
("AXTARIŞ VARSA..." məqaləsindən) 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )