Gürcülər bir "zibil"dən qurtarmamış, başqa bir "zibil"ə düşdülər... - - Beybala Mirzəyev yazır..

Gürcülər bir "zibil"dən qurtarmamış, başqa bir "zibil"ə düşdülər... - Beybala Mirzəyev yazır..

Gürcüstanın ən reytinqli tv kanalı sayılan "Rustavi-2" kanalının "P.S" verilişinin ("Postskriptum") aparıcısı Georgi Qabuniyanın canlı efirdə çılğınlıq hissinə qapılaraq Rusiya prezidenti Vladimir Putini və onun mərhum valideynlərini ağır sözlərlə təhqir etməsi həm Gürcüstanın özündə böyük gərginlik yaradıb, həm də Rusiya-Gürcüstan münasibətlərini tam qırılma nöqtəsinə gətirib...

Rusiya TV-ləri və saytları da G.Qabuniyadan heç də geri qalmırlar. Onlar da əsl "fahişə"lik nümayiş etdirərək bu mövzunu hər an diqqətdə saxlamağa, davamlı reportajlar hazırlayaraq sıravi ruslarda Gürcüstana qarşı maksimum nifrət yaratmağa çalışırlar. Bununsa çox təhlükəli nəticələri ola bilər...

Gürcüstan rəsmiləri və siyasətçiləri artıq məsələyə münasibətlərini bildirib və teleaparıcını bu cür yersiz hərəkətinə görə sərt şəkildə qınayıblar. Rusiya KİV-ləri isə hətta bunu da gürcü tərəfinin qorxmağının əlaməti kimi təqdim etməyə çalışırlar.

Nə isə, bir jurnalistin uyğun olmayan məqamda uyğun olmayan ifadələr işlətməsi onsuz da son gərilmə nöqtəsində olan gürcü-rus münasibətlərinin üzərinə sanki biraz da benzin tökdü. Gürcüstanda bəziləri bunu qəsdən törədilmiş təxribat hesab edir və iddia edirlər ki, məqsəd Putinin Gürcüstana qoşun yeritməsi üçün zəmin hazırlamaqdır.

Bəziləri isə bu işin arxasında Mixail Saakaşvilinin dayandığını iddia edirlər. Çünki "Rustavi-2" M.Saakaşvili ilə bağlı olan telekanal sayılır.

Saakaşvili də bu hadisəni yumşaq diplomatik dillə qınayıb.

Putinin və Rusiyanın tərəfdarı olan gürcülər isə "Rustavi-2"nin qarşısına toplaşaraq etirazlarını bildirib və həm aparıcının, həm də kanal rəhbərinin işdən qovulmasını, məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Gürcü polisi telekanalın əməkdaşlarının təhlükəsizliyini qorumaq üçün "Rustavi-2"nin binası önündə mühafizəni gücləndirib.

p.s.
Rusiyanın işğalçı olduğuna, Putinin isə neo-imperialist siyasət yürütdüyünə, əlbəttə, heç kim şübhə eləmir. Amma bütün bunlara canlı efirdən söyüşlə münasibət bildirmək ilk növbədə Gürcüstanın özü üçün zərərlidir.

Rusiyaya qarşı söyüşlə mübarizə aparmaq olmaz. Georgi Qabuniya qaş qayırmaq istədiyi yerdə, gözü də vurub çıxartdı...

Allah postsovet ölkələrini Rusiyanın məkrindən qorusun! 

 

www.ridus.ru/news/302578

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )