BDU-nun kitabxana və nəşriyyatının problemləri müzakirə olunub - (+FOTO)

BDU-nun kitabxana və nəşriyyatının problemləri müzakirə olunub (+FOTO)

AZpress.AZ xəbər verir ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Elmi kitabxana və "Bakı Universiteti" nəşriyyatının kollektivi ilə görüşüb. Universitetin cari və perspektiv fəaliyyət proqramından danışan rektor tədrisin keyfiyyətinin artırılması və elmi-tədqiqat işlərinin gücləndirilməsi istiqamətində aparılan işlərə təkan olaraq kitabxana və nəşriyyat işinin yenidən qurulacağını diqqətə çatdırıb.
Kitabxana işinin təşkili sahəsində dünyada ciddi dəyişikliklərin baş verdiyini vurğulayan rektor elektron kitabxana və bu sahədə yeni yanaşmaların tətbiqinin vacibliyini qeyd edib. Rektor elektron kitabxananın müasir dövrün tələbi olduğunu xatırladaraq onun insanların informasiya əldə etməsi üçün zaman və məkan asılılığına son qoyduğunu bildirib. Görüşdə tələbə və müəllimlərin kitabxanadan daha səmərəli istifadə etmələri üçün iki növbəli iş rejimi və elmi nəşrlərə abunəliklə bağlı müzakirələr aparılıb.
"Bakı Universiteti" nəşriyyatının yeni poliqrafik avadanlıqlarla təchiz olunacağı, daha keyfiyyətli mətbəənin qurulacağı barədə də müzakirələr aparılıb.
Rektor Elçin Babayev kollektivin birgə əməyi nəticəsində kitabxana və nəşriyyat işi sahəsində işləri daha da yaxşılaşdırmaq və standartları yüksəltmək üçün birgə görüləcək işlərin müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.
Qeyd edək ki, görüşlərin davamlı olaraq digər strukturlarda da keçirilməsi nəzərdə tutulub.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !