BDU-nun professoru beynəlxalq konfransda iştirak edib - ( +FOTO=3 )

BDU-nun professoru beynəlxalq konfransda iştirak edib ( +FOTO=3 )

AZpress.AZ xəbər verir ki, Bakı Dövlət Universitetinin Cəbr və həndəsə kafedrasının müdiri, professor Arif Səlimov Türkiyənin Erzincan şəhərində keçirilən “17th İnternational Geometry Symposium” adlı konfransda iştirak edib. Müxtəlif ölkələrdən 200-ə yaxın həndəsə alimlərinin iştirak etdiyi tədbirdə “Holomorphic manifolds over algebras and their applications” mövsuzunda məruzə ilə çıxış edən Arif Səlimov, eyni, zamanda, konfransın Elm Komitəsinin üzvü seçilib. Professor Arif Səlimov məruzəsində differensial-həndəsi obyektlərin lift problemlərinə cəbrlər üzərində qurulmuş çoxobrazlıların vasitəsilə yeni yaxınlaşma metodundan bəhs edib. Məruzə üzrə diskussiyalarda rumıniyalı professor C.-L.Bejan, türkiyəli professor H.Hacısalihoğlu və başqaları iştirak edib, gələcəkdə bu istiqamətdə ortaq işbirliyi təklif ediblər. Dr. Furkan Yıldırım məruzənin mövzusu ilə əlaqəli hazırlayacağı "TÜBİTAK 1001" layihəsinə Arif Səlimovu xarici elmi məsləhətçi kimi dəvət edib.
Qeyd edək ki, məruzənin bir hissəsi A.Səlimovun “Clarivate Analytics” bazasına daxil olan “Chin. Ann. Math. Ser. B” və “Mediterr. J. Math." jurnallarında 2019-cu ildə çap olunmuş məqalələri əsasında hazırlanıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !