“Argentina Azərbaycan Rəssamlarının Gözü ilə”... - +FOTO=15 ( AZpress.AZ - T.Minə)

“Argentina Azərbaycan Rəssamlarının Gözü ilə”... +FOTO=15 ( AZpress.AZ - T.Minə)

AZpress.AZ Xəbər saytının məlumatına əsasən bildiririk ki, 8 İyul Azərbaycan Rəssamlıq Akademyasının və Argentina Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə Argentinanın Müstəqillik Gününə həsr olunmuş “Argentina Azərbaycan Rəssamlarının Gözü ilə” adlı sərgi-tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Argentinanın Azərbaycandakı Səfiri cənab Sergiyo Perez Gunella açaraq qeyd etdi ki, Bakıya gəldiyimdən 3 ay kimi az bir zaman keçsə də, Azərbaycan xalqının ətrafa saçdığı istilik, qonaqpərvərlik və mədəni müxtəlifliyin inkişafına göstərdikləri diqqət sayəsində özümü elə ilk gündən doğma evimdəki kimi hiss etmişəm. Argentinanın müstəqilliyinin 203-cü il dönümünə həsr olunmuş bu möhtəşəm sərgini ərsəyə gətirdiklərinə görə Azərbaycan Rəssamlar İttifaqının üzvləri layihə rəhbəri Elnurə İsgəndərovaya və təşkilatçı Aygün İsgəndərovaya, eyni zamanda Azərbaycan Rəssamlıq Akademyasının rektoru Ömər Eldarova öz dərin minnətdarlığımı bildirirəm.
Bu gün biz Azərbaycanlı rəssamlara təxəyyüllərində canlandırdıqları Argentinanı kətan üzərində ifadə edə bilməkləri üçün çox gözəl bir imkan yaratmışıq və bu imkanın bəhrəsi hər iki ölkə arasındakı əlaqəni daha da dərinləşdirməyə xidmət edəcəkdir.
Layihə rəhbəri Elnurə İsgəndərova tədbir iştirakçılarını və qonaqları Aygün xanım və öz adından salamladı və sərginin məqsədinin Argentina və Azərbaycan arasında mədəni əlaqələrin, dostluğun inkişafına töhfə vermək olduğunu bildirdi. Daha sonra peşəkar rəqqas, pedaqoq İlham Kərimli və
Röya Əliyevanın ifasında mükkəmməl, göz oxşayan Azərbaycan milli rəqsi tədbir iştirakçılarına ərməğan olundu. Tədbirdə müxtəlif səfirliklər iştirak edirdilər.
Xatırladaq ki, sərgidə 70 rəssam 70 əsəri ilə iştirak edirdi. Və sonda iştirakçılar diplomla təltif edildilər.


AZpress.AZ,Minə Türksoy. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )