Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib -

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib

 

2019-cu il iyulun 12-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda
vətəndaş cəmiyyətinin, ölkədə fəaliyyət göstərən yerli və xarici hasilat
şirkətlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Hasilat
Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın növbəti iclası keçirilib.
İclasda, 2018-2019-cu illəri əhatə edən ümumiləşdirilmiş HSŞ hеsаbatının
hazırlanması məqsədilə HSŞ üzrə Komissiyanın Xidmət Təklifləri Sorğusu yolu ilə elan etdiyi
satınalma müsabiqəsində iştirak edən müstəqil və ixtisaslaşmış auditor təşkilatlarının texniki və
ixtisas göstəriciləri ilə bağlı İşçi Qrup tərəfindən hazırlanan Rəy Komissiya üzvlərinə təqdim
edilib. Komissiya üzvləri tərəfindən müsabiqədə iştirak edən audit şirkətlərinin qapalı zərfdə
təqdim etdikləri qiymət təklifləri açıldıqdan sonra İşçi Qrupun Rəyi də nəzərə alınmaqla 2018-
2019-cu illər üzrə ümumiləşdirilmiş HSŞ hеsаbatının hazırlanması məqsədilə “Grant Thornton”
şirkəti ən yüksək balla qalib elan edilmişdir. Qeyd edək ki, 2018-2019-cu ili əhatə edən
ümumiləşdirilmiş HSŞ hеsаbatının hazırlanması ilə bağlı müsabiqədə “Grant Thornton” (I yer),
“Baker Tilly” (II yer), “BDO Azərbaycan” (III yer), “Nexia-EA MMC” və “Abak-Az Crovve
Ltd” audit şirkətləri iştirak etmişdir.
2018-ci il üzrə HSŞ hesabatlarının əhatə dairəsi və həmçinin hesabatlılıq formaları iclasda
müzakirə edilərək təsdiq edilmiş, Benefisiar Sahiblik məlumatlarının açıqlanmasına dair Yol
xəritəsinin tətbiqi layihəsinin gedişatı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !