BDU-da İrs beynəlxalq jurnalının təqdimatı keçirilib - ( +FOTO=7 )

BDU-da “İrs” beynəlxalq jurnalının təqdimatı keçirilib ( +FOTO=7 )

AZpress.AZ xəbər verir ki, Bakı Dövlət Universitetində “İrs” beynəlxalq jurnalının və “Paşa Həyat Sığorta” ASC-nin dəstəyi ilə “İrs” seriyası adı altında çap olunan kitabların təqdimatı keçirilib.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılmasında “İrs” jurnalının xidmətlərindən danışıb. 18 dildə çap olunan və dünyanın 70-dən çox ölkəsində yayımlanan jurnalın və “İrs” seriyası adı altında çapdan çıxan 10 adda kitabın mədəni irsimizin, dəyərlərimizin təbliği istiqamətindəki töhfələrini qeyd edən rektor Elçin Babayev bu nəşrlərin işıq üzü görməsinə dəstək verən “Paşa Həyat Sığorta”nın bu işdəki nəcib fəaliyyətini xüsusilə qeyd edib.
Musa Mərcanlı baş redaktoru olduğu “İrs” və “Azerbaijan Airlines” jurnallarının müxtəlif dillərdə çap olunmasını ölkəmizin tarixi, mədəniyyəti və incəsənətinin beynəlxalq miqyasda təbliğ olunmasındakı roluna diqqət çəkərək universitet alimlərini əməkdaşlığa dəvət edib.
“Paşa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov Azərbaycanın milli-mədəni irs nümunələrinin beynəlxalq səviyyədə təqdim olunması məqsədilə həyata keçirilən layihələrə verilən dəstəyin nəticələrindən məmnunluğunu ifadə edib.
Görüşdə universitetin professor-müəllim heyətinin və Jurnalistika fakültəsi tələbələrinin “İrs” jurnalı ilə əməkdaşlıq məsələləri müzakirə edilib, jurnalın xüsusi buraxılışının Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunması barədə razılığa gəlinib.
Rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri Əliş Ağamirzəyev və Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev əməkdaşlıq əlaqələrindən danışıblar.
Sonda “İrs” jurnalının nömrələri və “İrs” seriyası adı altında çap olunan 10 adda kitab universitetin elmi kitabxanasına hədiyyə olunub.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !