Dövlət Komitəsində Cümhuriyyət varislərinə medallar təqdim olunub -

Dövlət Komitəsində Cümhuriyyət varislərinə medallar təqdim olunub

 Diasporla İş üzrə Dövlət Komitəsində Prezident İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Yubiley medalı” ilə təltif edilmişCümhuriyyət varislərinə medallar təqdim edilib. Təqdimatda Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rəfael Hüseynov və Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli də iştirak edib.
Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan Xalq Cümhuriyyət qurucularının xidmətlərindən danışıb, onların varislərinin “Yubiley medalı” ilə təltif edilməsinə görə ölkə başçısına kollektiv adından dərin minnətdarlığını bildirib.
“Yubiley medalı”na layiq görülmüş AXC-nin ilk yollar, poçt və teleqraf naziri Xudadat bəy Məlikaslanovun nəvəsi, dirijor, Azərbaycanın xalq artisti Ramiz Məlikaslanov və Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi, şair Əhməd Cavadın nəvəsi Anar Axundzadəöz növbəsində babalarının xidmətlərinə verilən qiymətə və onlara göstərilən diqqətə görə ölkə Prezidentinə təşəkkür ediblər.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin təqdimatı ilə “Yubiley medalı” ilə təltif olunmuş şəxslər arasında Azərbaycan diasporunun Amerika Birləşmiş Ştratlarındakı fəal nümayəndələrindən biri Əbülfəz Bahaduri də var.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !