YUNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası: Qazandıqlarımız və itirdiklərimiz - - Faiq İsmayılov yazır.. ( +FOTO=4 )

YUNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası: Qazandıqlarımız və itirdiklərimiz - Faiq İsmayılov yazır.. ( +FOTO=4 )

Mən bu yazı üzərində xeyli tərəddüd etdim, düşündüm. Sonda belə qənaətə gəldim ki, gələcəkdə belə neqativ halların bir daha baş verməməsi üçün olanları xalqa bildirmək lazımdır. Titulundan, vəzifəsindən və mövqeyindən asılı olmayaraq hər kəs bu Döləti, bu bayrağı, bu torpağı seməli və xalqının qulluqçusu olmalı, tənqidə dözümlü yanaşmalıdır.


YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 30 iyun -10 iyul 2019-cu ildə Bakı şəhərində keçirilməsi böyük tarixi əhəmiyyəti olan bir hadisə idi.Azərbaycan Respublikası 3 iyun 1992-ci il tarixində YUNESKO-ya üzv qəbul edildikdən sonra bu təşkilatla çox mühüm əmkdaşlığın nəticəsidir ki, belə Beynəlxalq əhəmiyyətli tədbirlər Bakıda keçirilir. YUNESKO ilə əməkdaşlığın nəticəsi kimi bu il Şəki şəhərinin tarixi mərkəzi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına salınması böyük tarixi hadisə kimi qiymətləndirmək olar.
Bu qürurverici hadisələrin baş verməsi, əsası Ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən siyasətin və dnamik inkişafın nəticəsində mümkün olmuşdur.
Bundan öncə İyunun 7-dən – 12-nə dək Heydər Əliyev Mərkəzində “Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda Beynəlxalq Memarlıq Forumu keçirildi.Biz, Azərbaycan memarlar ittifaqının üzvləri YUNESKO-ya üzv olan ölkələrin məsuliyyətini nəzərə alaraq, «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyasının müddəalarına uyğun Ermənistanın İşğal altında saxladığı ərazilərdə Azərbaycanın mədəni sərvətlərinə qarşı törədilən vandalzim aktlarını diqqətə çatdırmağa qərar verdik.
Bu qərarın təşəbbüskarları olan Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə və Memarlar İttifaqı İdarə Heyətin üzvü Rasim Balakişiyevin gərgin əməyi nəticəsində “Erməni vandalizmi” adlı sərgi və məruzə Forumun gündəliyinə salındı.
Biz bu fürsətdən yararlanaraq 5 gün ərzində Azərbaycanın mədəni-irsinə edilən vandalizm hallarını əks etdirən 800 fotoşəkildən ibarət sərgini düya memarlarına nümayiş etdirdik. Bu çox maraqla qarşılandı. Hətta bu sərginin önündə dayanıb şəkil çəkdirənlərdə çox oldu.
Mən Azərbaycanın Ermənistana qarşı ideoloji mübarizıdə faydasını nəzərə alıb, YUNESKO-nun Bakıda keçiriləcək sessiyasında, Dünya Memarlarının Forumunda etdiyimiz fəaliyyətin təkrarlanmasını istədim. Sessiyadan aylar önzə bir qrup QHT rəhbərinin YUNESKO-nun Baş Direktoru Odre Azule xanıma ünvanladığı müraciəti, YUNESKO-nun Baş Direktoruna təqdim etməyə yardımçı olmaları üçün Azərbaycan Respublikasının Yunesko yanında daimi nümayəndəliyinəvə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Komitəsinətəqdim etdim.


Mustafa müəllimin gülünc etirafı...


Müraciət barədə Azərbaycan Respublikasının Yunesko yanında daimi nümayəndəliyinin Mustafa adlı əməkdaşı Mənimlə əlaqə saxladı. Müraciətin yüksək səviyyədə hazırlandığını buna baxmayaraq aradan qaldırılmalı bəzi texniki qüsurların olduğunu vurğuladı.
Mən sənədə onun istədiyi qaydada düzəliş edib yenidən həmin ünvana geri qaytardım. Uzun müddət susqunluq yarandı, sessiya ərəfəsində məcbur olub Mustafa müəllimə zəng edib məsələnin nə yerdə qaldığını soruşdum. O cavabında: “Bu məsələnin indiki mərhələdə sessiyaya buraxılmasının mümkünsüz olduğunu, məsələyə sessiyadan sonra baxıla biləcəyini” (?!!) qeyd etdi. Halbuki, müraciətdə qoyulan tələb; Erməni vandalizminin dayandırılması, sadalanan faktlar isə bunlar idi:
Azərbaycan Respublikası, YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinə üzv seçilməsi, Azərbaycana işğal altında qalan tarix və mədəniyyət abidələrinin qorunması haqqında qəbul edilmiş beynəlxalq hüquqi sənədlərdən yararlanmaq imkanı verir. Beləki Komitə Azərbaycana, onun Ermənistan tərəfindən işğal altında saxlanan tarix və mədəniyyət abidələrinin qorunmasına nəzarət edilməsinə şərait yaratmalı və münaqişə zonasında mədəni mülkiyyətin qorunmasının vacibliyi Ermənistan Hğkumətinin nəzərinə çatdırılmalıdır.
• 1993-cü ildə Laçın rayonunun tarix və diyarşunaslıq muzeyindən götürülərək Ermənistana aparılmış gümüş əl çantası ermənilər tərəfindən Londondakı "Sothebychr("39")s" auksionunda 80.000 ABŞ dollarına satılıb.
• 1998-ci ildə bir yazılı daş nümunəsi ermənilər tərəfindən Laçın rayonun Mığıdərə kəndinin cənub qərbində yerləşən məbədin üzərindən çıxarılaraq, Ermənistanın İrəvan şəhərindəki Matadaran qədim əlyazmalar muzeyində № 3437 nömrə altında saxlanır.
• Xocavənd rayonunun Tağaser kəndi ərazisindəki (arm.Qtçvəng) adlı abidədən iki bədii daş nümunəsi götürülərək Ermənistanın İrəvan şəhərindəki Matadaran qədim əlyazmalar muzeyində № 7822, № 7823 nömrələr altında saxlanır.
• 1993-2016-cı illər ərzində ABŞ, Almaniya, Fransa, İngiltərə, Səudiyyə Ərəbistanı və digər ölkələrdə erməni brendi altında 1992- ci ildə Azərbaycan muzeylərindən qarət edilib aparılan xalçalar satışa çıxarılmılmışdır;
• Ermənistan işğal altında saxladığı ərazilərdə 68 müsəlman məscidi tamamilə dağıdılmış, 4 məscidi isə sökərək tanınmaz hala salınməşdır.
• Erməni əhalisi tərəfindən tarixi əhəmiyyətli 71 türbə, 150 qbristanlıq tamamilə, 250 qəbristanlıq isə qismən dağıdılmışdır;
• 150 000-dən çox daşınan mədəni-irs nümunələri, o cümlədən 23 muzeydən, 102 757 muzey eksponatları, 4 Dövlət Rəsm Qalareyasından, 376 rəsm əsəri, 761 kitabxanadan 4,6 milyon kitab, 13 arxivdən, 260 000 arxivləşdirilmiş sənəd, 50 000 ədədən çox vətəndaşların şəxsi kolleksiyalarında saxlanan tarixi əhəmiyyətli ov və məişət əşyaları ermənilər tərəfindən qarət edilərək Ermənistana aparılmışdır. Onların bir qismini dünyanın müxtəlif ölkələrində satışa çıxarmış, bir qismi nüfuzlu şəxslərə hədiyyə edilmiş, bir qismini isə İrəvan şəhərinin müxtəlif müəsisələrində və şəxsi mülklərdə saxlayırlar;
• Azərbaycanın İşğal altındakı nəzarətsiz qalmış ərazilərdə 1500-dən çox memarlıq abidəsi gözlənilməz təbiət hadisələri nəticəsində uçmaq təhlükəsi qarşısında qalmışdır;
• 64 bağ-park monumental və xatirə abidələri dağıdılaraq erməni xatirə abidələri ilə əvəzlənmiş, 1814 memarlıq abidələrinin adları dəyişdirilərək erməni tarix və mədəniyyət abidələri kimi təbliğ olunur.
• 50 daşınmaz tarix və mədəniyyət abidəsi qeyri-qanuni təmir edilərək formaları dəyişdirib, divar yazılarını silib erməni tarix və mədəniyyət abidəsi kimi təbliğ edirlir.
• 20 Qafqaz Albaniyası dövrünə məxsus məbədin üzərində zəng qülləsi inşa edilib.
• Azərbaycanlıların qovulduqları inzibati yaşayış mərkəzlərində və bu mərkəzlərin əhatə etdiyi müsəlman qəbristianlıqlarında 5000-dən çox erməni xaç rəmzləri inşa edilmişdir.
• 747 sayda Arxeoloji abidələr üzərində ABŞ, Rusiya, İngiltərə, Fransa, İspaniya və digər xarici ölkələrin vətəndaşlarının iştirakı ilə qeyri-qanuni arxeoloji qazıntı işləri apararaq öz cinayət əməllərini beynəlləşdirməyə cəhd ediblər;
• 1510 Mədəniyyət müəsisəsii. O cümlədən; 365 Klub, 761 Kitabxana, 193 Mədəniyyət evli dağıdılaraq məhv edilmişdir.
• Azərbaycanın işğal altındakı ərazilərdə (1992-2018-ci il) qeyri-qanuni fəaliyyətə yol verilərək, Ağdamın Şahbulaq yaylağında 1, Xocalı rayonu ərazisində 4, Xankəndi şəhərində 3, Xocavənd rayonu ərazisində 4, Şuşa şəhərində 3, Şuşa Füzulu yolunda 1, Kəlbəcər rayonu ərazisində 2, Laçın şəhərində 1, Laçın rayonunun Zabux kəndində 1 yeni erməni kilsəsi inşa edilmişdir.
Ermənistan Hökumətinin bu fəaliyyəti, 1954-cü il Haaqa Konvensiyasına müvafiq müddəalarına ziddir. Azərbaycanın işğal altında qalan tarix və mədəniyyət abidələrinə qarşı Ermənistanın qeyri-insani siyasəti beynəlxalq qanun və konvensiyalara görə yolverilməzdir. Mədəni dəyərlərin hüquqi statusunu tənzimləyən beynəlxalq normativ sənədlərə görə, Ermənistanın hərbi təcavüzü nəticəsində talan edilərək xarici ölkələrə aparılan, Azərbaycanın daşınan mədəni dəyərləri Ermənistan Hökuməti tərəfindən Azərbaycana qaytarılması təmin edilməlidir.


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Komitəsinin aciz durumu.


Mənim bütün ümidlərim Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Komitəsinə bağlanmışdı. Güman edirdim ki bu təçkilat sessiyada erməni vandalizminin ifşasına hökmən dəstək verəcəkdir. Axı 30 ilə yaxın bir müddətdə işğal altında qalan mədəni-irs nümunələrimiz düşmənlərimiz tərəfindən ya dağıdılır ya da mənimsənilir.


Axı bu fürsət Ermənistana verilsəydı, bizi hansı sürpirizlər gözləyəcəyini hamımız gözəl təsəvvür edirik. Bəs onda biz niyə yararlanmadıq bu fürsətdən? Niyə ermənipərəst mövqeyimizlə, Ermənistanı müdafiə etdik? Niyə, həqiqətləri gündəmə gətirmədik? Bizi buna nə vadar etdi? Nədən öz evimizdə aciz duruma düşdük? Göstərdiyimiz faktları əsaslandıramı bilmədik?


Müraciətdə göstərilən faktların əsaslandərılmasını, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Komitəsinin nümayəndəsi Pərviz Nəcəfov məndən xahiş etdi. Mən Pərviz müəllimin tələbini belə cavablandırdım:
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Komitəsinə
YUNESKO-nun Baş Katibinə ünvanlanan müraciətdə göstərilən faktları əsaslandırılmasını təmin etmək üçün aşağıdakı sənədləri sizəgöndəririk;
1. Azərbaycanın işğal altındakı ərazilərində qalan mədəni irs nümunələrinin eləcədə tarix və mədəniyyət abidələri barədə məlumatların toplanması, Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin göstərişi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli 51s saylı sərəncamı ilə yaradılan “İşğal altındakı Azərbaycan ərazilərində itki və tələfatların qiymətləndirilməsi” adlı işçi qrupunun fəaliyyəti nəticəsində mümkün olmuşdur. Beləki qrupun eksperti tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində 2645 tarix və mədəniyyət abidələri aşkar edilmiş, abidələrin siyahısı, görüntüsü və coğrafi mövqeyi barədə Azərbaycan Mədəniyyət Nazirliyinə məlumat verilmişdir.
MƏNBƏ:
• F.İ.İsailov.Historikal and cultural monuments in the occupied territories of Azerbaijan: Damge and loss – 2016 (AMEA HüquqvəİnsanHaqlarıİnstitututərəfindənhazırlanmışdır)
• Gooqle – Zemlya saytı
• İsmayılov F., “Azərbaycanın işğal olunmuş ərazilərindəki taarix və mədəniyyət abidələrinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi metodologiyası” - 2014-cü il
• Q.İ.Anoxinin. «Malıy Kavkaz». Moskva .1981- ci il. «Fizkultura i sport» nəşriyyatı
• Ermənistan Respublikasının 168 HOURS Analitik İnformasiya Agentliyinin məlumatı, 2013-cü il
• Мыкыртчян Ш.М. Историко-архитектурные памятники Нагорного Карабаха Ереван Издательско-производственное объединение «Парберакан», 1989.
• Самвел Карапетян., Мосты Арцаха. Ереван – 2009.
• Ermənistan Respublikası Mədəniyyət Nazirliyinin Dağlıq Qarabağın Tarix və mədəniyyət Abidələri barədə statistik məlumatları 2010-2017-ci illər

2. Muzey eksponatlarının sayları barədə məlumatlar. Rayon İcra Hakimiyyətlərindən, Respublika statistika Komitəsindən, ərazisi işğal olunmuş rayonların Mədəniyyət İdarələri rəhbər işçilərindən əldə edilmişdir.
Muzey eksponatları və rəsm əsərləri ermənilər tərəfindən münaqişə ərazisindən çıxarılmış, onların bir qismini dünyanın müxtəlif ölkələrində satışa çıxarmış, bir qismi nüfuzlu şəxslərə hədiyyə edilmiş, bir qismini isə İrəvan şəhərinin müxtəlif müəsisələrində saxlayırlar. Bundan başqa, 1993-cü ildə Laçın rayonunun tarix və diyarşunaslıq muzeyindən götürülərək Ermənistana aparılmış gümüş əl çantası ermənilər tərəfindən Londondakı "Sothebychr("39")s" auksionunda 80.000 ABŞ dollarına satılması faktı öz təsdiqini tapmışdır.
Ermənistan tərəfindən işğal edilmiş ərazilərdaə qalan Muzeylər və eksponattların sayları haqqında


3. 50 000 ədədən çox vətəndaşların şəxsi kolleksiyalarında saxlanan tarixi əhəmiyyətli ov və məişət əşyaları (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyaları və s.) mədəni-irs nümunələri, Ermənistan Respublikasının silahlı təcavüzü nəticəsində dağıdılmış, məhv edilmiş və ya mənimsənilmişdir.

 

MƏNBƏ
Məlumatı, Azərbaycan Respublikası Nazirlər Kabineti yaradılan “İşğal altındakı Azərbaycan ərazilərində itki və tələfatların qiymətləndirilməsi” adlı işçi qrupunun arxivində saxlanan vətəndaşların şəxsi ərizələri təsdiq edir. Ünvan: Azərbaycan Qaçqın və Məcburi Köçkünlərin işi Üzrə Dövlət Komitəsinin əsas binası.

4. 1998-ci ildə bir yazılı daş nümunəsi ermənilər tərəfindən Laçın rayonun Mığıdərə kəndinin cənub qərbində yerləşən məbədin üzərindən çıxarılaraq, Ermənistanın İrəvan şəhərindəki Matadaran qədim əlyazmalar muzeyində № 3437 nömrə altında, Xocavənd rayonunun Tağaser kəndi ərazisindəki (arm.Qtçvəng) adlı abidədən iki bədii daş nümunəsi götürülərək Ermənistanın İrəvan şəhərindəki Matadaran qədim əlyazmalar muzeyində № 7822, № 7823 nömrələr altında saxlanması faktları erməni mənbələri tərəfindən təsdiq edilir.

MƏNBƏ:
• Ermənistan Respublikası Mədəniyyət Nazirliyinin Dağlıq Qarabağın Tarix və mədəniyyət Abidələri barədə statistik məlumatları 2010-2017-ci illər
Bu izahatdan sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Komitəsinin şöbə müdiri Etibar müəllim mənə zəng vurub mənim iyul ayının 5-idə ya 6-da Nazirliyə məsləhətləşməyə çağırılacağımı bildirdi. Bununlada məsələ qapandı. Mə Sessiyadan sonra Etibar müəllimə zəng edib nədən bu məsələyə etinasız yanaşdıqlarını soruşdum. O cavabında “...Bu bizim səlahiyyətimizə aid olan məsələ deyildi”-cavabını verdi. Beləlklə Mədəniyyət Nazirliyi tərəfindən YUNESKO-nun Bakı sessiyasında erməni vandalizminin ifşa edilməsi istiqamətində edilən cəhdlərin qarşısı alındı.
 

 

Əbülfəz Qarayev “Erməni Vandalizmi” adlı sərginin nümayiş etdirilməsinin əleyhinə oldu.

 

YUNESKO-nun Bakı sessiyasında erməni vandalizminin ifşa edilməsi istiqamətindətədbirlərin təşkili vacib idi. Bu Azərbaycanın haqq səsinin dünyada yayılmasına daha bir fürsət idi. Dünyanın bu nəhəng təşkilatına erməni vandalizmini əyani şəkildə nümayiş etdirilməsi Azərbaycanın haqlı mövqeyini bir daha təsdiq edəcəkdi və ola bilsinki sessiyada qəbul edilən qərarlarda da öz əksini tapacaqdı. Lakin bütün bunlar baş vermədi. Niyə? Bax elə müəmma da bu niyələedən başlayır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistanın işğalı altındakı ərazilərdə Azərbaycanın tarix və mədəniyyət abidələrinin, ermənilər tərəfindən dağıdılmasını öz çıxışlarında dəfələrlə vurğulayıb. Əbülfəz Qarayev cənab Prezidentin vurğuladığı bu dağıntıların nədən ibarət olduğunu əyani şəkildə nümayiş etdirməklə, həm də cənab Prezidentin bu məsələdə haqlı mövqeyinin bir daha təsdiqlənməsinə şərait yaradacaqdı.
O, bunu etmədi, baxmayaraqki bunun edilməsinin heç bir çətinliyi yox idi. Beləki Azərbaycan Memarlar İttifaqında yüksək keyfiyyətlə hazırlanmış 800 fotoşəkildən ibarət “Erməni Vandalizmi” adlı sərgi hazır idi. Azərbaycan Memarlar İttifaqının rəhbərliyi tərəfindən Mədəniyyət Naziri Əbülfəz Qarayevə bu sərginin YUNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında nümayiş etdirilməsi təklif eildi. Lakin Əbülfəz Qarayev bu təklifi rədd etdi. 

Mənə elə gəlirki,YUNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında itirdiklərimiz qazandıqlarımızdan böyük oldu.


Faiq İSMAYILOV

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !