Gürcüstan parlament nümayəndə heyətinin üzvləri ilə görüşü keçirilib -

Gürcüstan parlament nümayəndə heyətinin üzvləri ilə görüşü keçirilib

Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan-Gürcüstan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun üzvləri ilə Gürcüstan Parlamentinin ölkəmizdə səfərdə olan nümayəndə heyətinin üzvlərinin görüşü keçirilib. Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri xanım Sofie Katsavaranın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Gürcüstan Parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan Parlament Dostluq Qrupunun rəhbəri Zviad Dzidziquri, eləcə də dostluq qrupunun digər təmsilçiləri də yer alıblar. Görüşdə Azərbaycan tərəfdən Azərbaycan-Gürcüstan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Əflatun Amaşov, həmçinin qrupun üzvləri deputatlar - Hikmət Məmmədov, Pərvin Kərimzadə, Kamilə Əliyeva və Rasim Musabəyov iştirak ediblər.

Qonaqları salamlayan Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, Mətbuat Şurasının sədri Əflatun Amaşov müasir dövlətçilik tariximizdə 1993-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Gürcüstanla dostluq münasibətlərinin bu gün ən yüksək səviyyəyə çatdığını, strateji tərəfdaşlıq və müttəfikliklə daha da dərinləşdiyini vurğulayıb. Deputat bildirib ki, Azərbaycan və Gürcüstan müxtəlif beynəlxalq təşkilatlarda bir-biri ilə bağlı məsələlərdə ortaq mövqedən çıxış edirlər. Hər iki ölkəni birləşdirən ortaq dəyərlərlə yanaşı problemlər də var. Ə.Amaşov bu xüsusda diqqəti Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün pozulmasına, işğal faktına yönəldib.

«Azərbaycan və Gürcüstan arasında elə bir problem yoxdur ki, onu müzakirə yolu ilə aradan qaldırmaq mümkünsüz olsun», - deyən Ə.Amaşov habelə Azərbaycan-Gürcüstan münasibətlərində hər iki ölkə parlamentinin də vacib rol oynadığını vurğulayıb. Parlamentlərarası dostluq qruplarının qarşılıqlı fəaliyyətinə toxunan deputat bu müstəvini kifayət qədər etibarlı və səmimi platforma kimi dəyərləndirib.

Gürcüstan Parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan Parlament Dostluq Qrupunun rəhbəri Zviad Dzidziquri də çıxışında hər iki ölkənin parlament dostluq qruplarının kifayət qədər məhsuldar fəaliyyət göstərdirlərini bildirib. Bununla bağlı müxtəlif məqamlara toxunan Z. Dzidziquri parlamentlər səviyyəsində əldə edilmiş əməkdaşlıq platformasının qarşıdakı müddətdə daha məhsuldar olması üçün əlverişli mühitin mövcudluğunu dilə gətirib.

Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri xanım Sofie Katsavara Azərbaycana səfərlə bağlı məlumat verib. O bildirib ki, Azərbaycanın, Gürcüstanın və Türkiyənin parlamentlərinin xarici əlaqələr komitələri bir-biriləri ilə kifayət qədər sıx təmaslara malikdirlər. Azərbaycana səfər xarici əlaqəlar komitələrinin üçtərəfli görüşündə iştirak məqsədi daşıyır.

Görüşdə deputatlar Hikmət Məmmədov və Rasim Musabəyov, həmçinin Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin üzvü Ramaz Nikolaişvili Azərbaycanla Gürcüstanın sıx əməkdaşlığının, qarşılıqlı anlaşma mühitinin, dostluğun region və bütövlükdə dünya üçün əhəmiyyətindən söz açıblar. Əldə edilmiş nailiyyətlərin qorunmasının vacibliyini əsaslandırıblar. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !