Sağlam gülüşlər adlı ilk seminar keçirilib - (+FOTO=5)

“Sağlam gülüşlər” adlı ilk seminar keçirilib (+FOTO=5)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyi təşkilatçılığı ilə “Regionlarda əhalinin sağlamlığının qorunmasına həsr olunmuş maarifləndirmə tədbirlərinin təşkili” adlı layihənin açılışı və ilk seminar keçirilib.

Təlimdə “Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyinin nümayəndəsi, eyni zamanda layihənin eksperti Ümidə Rəhimova, 177 saylı tam orta məktəbin müəllim heyəti və 50 nəfər yeniyetmə iştirak etmişdir.

Çıxış “Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyinin nümayəndəsi, eyni zamanda “Regionlarda əhalinin sağlamlığının qorunmasına həsr olunmuş maarifləndirmə tədbirlərinin təşkili” adlı layihənin eksperti Ümidə Rəhimova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi Bakı şəhərində, ali və orta məktəblərdə tələbə və şagirdlər arasında seminarlar təşkil etmək və onları bu sahədə maarifləndirməkdir. Ü.Rəhimova qeyd etdi ki, gözəl təbəssüm hər bir insana daha da təbii gözəllik verir. Ağız boşluğunun sağlamlığı sadəcə sağlam diş demək deyildir. Ağzımız bir tərəfdən xariclə əlaqəni quran “giriş qapısı” sayılır. “Sağlamlıq ağızdan başlayar” sözünü əbəs yerə deməyiblər. Ağız boşluğu və dişlərin sağlamlığı insan sağlamlığında böyük önəm daşıyır. Hazırda bütün dünyada ən geniş yayılmış diş xəstəliyi dişlərin sərt toxumalarının dağılması – kariyesdir. Ona görə də bir çox ölkələrdə ona qarşı çox ciddi profilaktik tədbirlər aparılır. Hazırda Azərbaycanda da əhalinin 90-95 faizində kariyes var.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə, Yer üzündə 5 milyarda yaxın insan kariyesdən əziyyət çəkir. Son 10 ildə parodontoz xəstəliyi 20 faiz artıb. Dişlərində problem yaranan yaşlıların 84 faizi uşaqlıqda ana südü ilə deyil, süni vasitələrlə qidalananlardır. Dişlərin itkisi ilə nəticələnən diş əti xəstəliyinə planet sakinlərinin təqribən 15 faizində rast gəlinir. Diş-çənə anomaliyaları isə çənə-üz xəstəlikləri arasında birinci yeri tutur və bu problem 3 yaşlı balacaların 75 faizində aşkarlanır. Sadalanan xəstəliklər Azərbaycandan da yan keçmir.

Sonda ekspert tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !