Hər şey özümüzü aldatmaqdan başlayır! - - Aydın Canıyev yazır..

Hər şey özümüzü aldatmaqdan başlayır! - Aydın Canıyev yazır..

Dostumuz və qardaşımız İlqar Kamil öz statusunda gözəl bir ştrixi nəzə çatdırıb: adamlar özlərini aldadır.
Bax bu özü özünü aldatmadır bütün faciələrin səbəbi.
Ölkədə hər gün kitab çapından və satışından kifayət qədər naşir öz şəbəkəsiylə qaz vurur, qazan doldurur, amma və lakin... millətə böhtan atır: kitab oxunmur!
Adama deyərlər, yalançının...
A kişi, ən azı bu fb-də kimin statusuna baxırsan, görürsən ki, ən son yenilikdən belə xəbərdardı, ən son çap olunanı da oxuyub. Üstəlik də əgər kitab oxunmursa, onda nəyə nəşriyyatını, mətbəəni bağlamırsan? Dədənin dağlardakı komasından xəzinə miras qalıb, ya hökümət qrant ayırıb?
Bu həm özünü aldatmadı, həm də milləti aldatmadı! Oxucuya böhtandır!
İkincisi. Azərbaycan ədəbiyyatını məhv edən jurnalistika və ədəbi tənqiddir!
Uzun məsələdir və faciə ondadır ki, mətbuatı bayağılaşdıranlar indi giley edir ki, qəzet oxunmur, oxucu yoxdur...
Yenə də yeri var deyəsən, yalançının...
A kişi, bax səhifələrə, izləyici sayı gör nə qədərdir? 1925-ci ildə çıxan "Komsomolka"nın sayı indi 150 milyonluq Rusiyada 73 mindir! Sən nə istəyirsən ki? 10 milyonluq xalqın 5 milyonu çöllərdə, qalan 5 milyona nisbətdə bu qədər oxunma niyə oxunma sayılmasın ki?
Üstəlik də... sən deyildin milləti-oxucunu bu bayağılığa sürükləyən manşet, dezo siyasətiylə? Oxucu yığırıq, oxucu onu istəyir, oxucu... Bir vaxtlar imicmeykerlik edən, "qloballaşan", "dünyaya və Avropaya inteqrasiya" edən düdəmələr nüfuz qazanandan sonra, başlayıblar gileyə...
Sənin nüfuzuna da, yazdığına da, mətbu və ədəbi təəssübünə də... Yaftıməlinin qoyunlarının qığı!
Və bütün bunlar ona görə baş verir ki, Milli Doktrina yoxdur! Konsepsiyalar bayağı, fundamental dəyərlər zorlanmada!
Bircə dəfə də olsa Azərbaycan jurnalistikasında görmüsünüzmü ki, DÜNYA GƏNCLİYİNİN MARAĞI təhlil və təqdim olunsun?
Bircə dəfə də görübsünüzmü qloballaşan dünyada elmdə, tibbdə, sənayedə, ədəbiyyatda tələbatın nəyə olduğu, sürprizlərin nədən ibarətliyi təhlil və təqdim olunsun?
Biri Parisdədi, biri Praqada, biri Portsmutda, heç biri indiyə qədər alman, fransız, çex xalqının yaşam dəyərlərini təqdim etməyib, ailə modelindəki özəllikləri vurğulamayıb, elm və sənayenin vəhdətini analiz etməyib, gəncliyin və dövlət siyasətinin incəliklərini çözməyib, elə hamı onların EPİZODİK ÜSTÜNLÜKLƏRİNDƏN bayağı faktlarla yazır!
4 aydır Moskvadayam - dəhşətə gəlirəm rusun (konkret rus deyil də, Moskvanın qarışıq millətlərdən ibarət əhalisinin) yaşam tərzindən. Biz ancaq bazar olaylarını reportaj etmişik, ailə düzənini hamımıza belə təlqin etmişik ki, arvadlar verir, kişiləri də içir! Fakt isə nədən ibarətdir?
Səhərlər binaların qabağında dururam, məktəblərin qabağında dururam, institutların qabağında dururam, əyləncə mərkəzlərinin qabağında dururam, barlarda oluram, hökümət tədbirlərində iştirak edirəm, idarə və müəssisələrə sorğular yapıram, mərkəzdən periferiyaya səfərlər və səyahətlər edirəm və... getdikcə "qaralan" - qırğızlaşan, özbəkləşən, tacikləşən bu şəhərin sahiblərinin 20 il əvvəlkindən haracan irəli getdiklərini aydınlaşdırmaq istəyirəm!
Əvvəllər "qaralar"ı banditlər gəlib talayardı, indi banditlər oturublar rəsmi yerlərdə, heç küçəyə çıxmırlar - özbək, qazax, qırğız, tacik, türk özü gəlir ayağıyla. Bu şəhərin sahibləri bu şəhəri veriblər işlətməyə - hamı öz "yuva"sındadı, heç küçəyə çıxmır - küçədə-bayırda daha çox "babulya"ları görərsən, hətta rusun qara fəhləsi də gözə dəymir, nəinki 20 il qabaqkı kimi gözəl qızları.
Banditi bu qədər irəliyə getmiş ölkənin elm, sənaye, tikinti, səhiyyə uğurları və hərbi qüdrəti ağlagəlməz dərəcədədir!
Biz neyləyirik?
Jurnalistikada publisistiklik edən qısır istedadlar "Aşıq Pəri məclisi" düzənləyiblər, "dedim-dedi" janrı yaradıblar və həqiqi əsərlər qalıb bir qıraqda - nə çözümü var, nə dəyərləndirilməsi. Məhəllə arvadlarının qeybəti səviyyəsindədi ədəbi cameənin sahiblərinin danışığı, düqşüncəsi. Gecədən xeyli keçmiş hörmətini saxladığım, dəyərli bildiyim bir dostumuzun təqdimatında bir hekayə oxudum. Hələ bu o xarici yazarın "ən yaxşı" adıyla sırınan hekayəsiydi. Gecə saat 3-ün yarısı. 15 MİN İŞARƏLİK HEKAYƏNİ OXUMUŞAM VƏ BAŞLAMIŞAM ÖZÜMÜ SÖYMƏYƏ! Axı mən özümə söz vermişdim ki, kiminsə zövqünə, ağlına aldanıb ayrı yazıçının hansısa əsərini oxumayacam. Saat 12-ni keçmişdimi, nəydi, adama inamım böyük olduğundanmı oldu, bilmədim, oxudum. Sıfır! Dünya ədəbiyyatı adına bu hekayəni oxutdurub Anarı, Əkrəmi, Elçini söyən dostumuzun təqdimatına baxdım baxdım və başa düşdüm ki... bizdən adam saymayıblar, saymayacaqlar da! Ağlıma da gətirə bilmirəm ki, Azərbaycan ədəbi mühitinin hamısı emissara, missionerə çevrilib - siyasi həyatımızdakı tək! Hər kəsə, hər yerə xidmət edirlər, bir Azərbaycan ədəbiyyatının təbliğindən başqa!
Nə bu yazını bitirə bilirəm, nə də davam edə bilirəm... yazmağa başlayanda aylarla çəkəcək təfərrüatlı yazı kimi. Belə də yarımçıq qalır... İstənilən halda düşünməyə dəyər - hərə bir abzas, bir yazı düşünsə, çıxış yolu tapmaq olar. Nə qədər olmasa da, bir baş yaxşı, iki baş daha yaxşı, ağıl ağıldan üstündür. Əsas odur ki... problemə diaqnoz düzgün qoyulsun... 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !