JİRİNOVSKİNİN TÜRKİYƏYƏ DAİR "PEYĞƏMBƏR"LİYİ... - - Beybala Mirzəyev yazır..

JİRİNOVSKİNİN TÜRKİYƏYƏ DAİR "PEYĞƏMBƏR"LİYİ... - Beybala Mirzəyev yazır..

Deyəsən, Jirinovskinin "peyğəmbər"liyi yavaş-yavaş həqiqətən də özünü doğrultmağa başlayır.. 

Adam 3 il bundan əvvəl söyləmişdi ki, yaxın gələcəkdə Türkiyə ilə Rusiya bir-birinə postsovet ölkələrinin bir çoxundan, o cümlədən qardaş Belarusdan, Qırğızıstandan, hətta Ermənistandan da daha yaxın olacaqlar...

Bunu "Komsomolskaya pravda" qəzetinin əməkdaşı, Kremlə yaxınlığı ilə seçilən jurnalistlərdən biri Dmitri Smirnov da özünün Tvitter mikrobloqunda qeyd edib, xatırladıb.

Budur, Jirinovskinin həmin o qorxunc peyğəmbəranə proqnozu artıq düz çıxmaqdadır. S400-lər bu son həftələrdə və günlərdə Rusiya ilə Türkiyəni o dərəcədə bir-birinə yaxınlaşdırdı ki, Rusiya keçən əsrin 20-ci illərində olduğu kimi indi də yenidən Türkiyənin dəstəyinə, müttəfiqliyinə arxalanıb özündə güc toplaya bilər, sanksiyaların basqısından qurtulub ayağa qalxa bilər, superdövlətə çevrilə bilər və keçmiş sovet respublikalaını, o cümlədən Azərbaycanı yenidən zəbt edə bilər...

O vaxt ABŞ-a Vudro Vilson kimi maymaq və qətiyyətsiz lider rəhbərlik etdiyinə görə Qərb dünyası Rusiya-Türkiyə yaxınlaşmasının qarşısını ala və Rusiyanın güclənib SSRİ kimi nəhəng superdövlətə çevrilməsinə mane ola bilmədi.

İndi də ABŞ-ı Tramp kimi alverçinin biri (və həm də Putinin heyranı) idarə etdiyinə görə Qərb dünyası yenə də eyni səhvi təkrarlayır. Avropa liderləri yenə də Rusiyanın güclənməsinə göz yumurlar.

Amma Qərb nəyin bahasına olursa-olsun Türkiyənin Rusiya ilə yaxınlaşmasının qarşısını almalıdır. Elə Türk xalqının özü də öz hökumətinin Kreml ilə bu dərəcədə təhlükəli yaxınlaşmasına imkan verməməlidir! 

 

politpuzzle.ru/145417-prorochestvo-zhirinovskogo-sbyvaetsya-lider-ldpr-predskazal-sblizhenie-rossii-i-turtsii-tri-goda-nazad/

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !