Kriminal avtoriteti öldürənlərin tutulma anı - (+ViDEO)

Kriminal avtoriteti öldürənlərin tutulma anı (+ViDEO)

İyunun 7-də Bakıda küçədə güllələnən kriminal aləm üzvü Mübariz Budaqlını qətlə yetirənlərin tutulma anı polisin nəzarət kamerasına düşüb.

AZpress.AZ “qafqazinfo”ya istinadən xəbər verir ki, videogörüntüdə elə həmin gün yol polisləri tərəfindən təqib olunan şübhəli şəxslər – Taleh Cəlalov və Vüsal Hüseynovun saxlanılma anı videolentə alınıb.

Binəqədi rayonu Azadlıq prospektində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Cəlalov həmyerlisi Vüsal Hüseynov tərəfindən idarə edilən “BMW” markalı avtomobillə sərnişin kimi gedən zaman Pirşağı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mübariz Budaqlının sərnişin qismində getdiyi Nazim Qədirovun idarə etdiyi “Mercedes” markalı avtomobili təqib edib. Yaranmış tıxacdan istifadə edən T.Cəlalov tüfəngdən açdığı atəşlə M.Budaqlını qətlə yetirib hadisə yerini tərk edib.

Bu zaman Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları polis serjantları Murad Əzizli, Ramin Əsgərov, Mehdi Hacıyev şöbənin rəisi Mərdan Əliyevin göstərişi əsasında M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində süni tıxac yaradaraq həmin şəxslərin idarə etdiyi avtomobili saxlayıblar. Hadisəni törətməkdə şübhəli bilinən T.Cəlalov və V.Hüseynov tutulub.

T.Cəlilovdan cinayəti törədərkən istifadə etdiyi 1 ədəd lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng götürülüb. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !