Vüsalə Məmmədova bir ailənin müsibətindən yazdı.. -

Vüsalə Məmmədova bir ailənin müsibətindən yazdı..

https://www.facebook.com/groups/458090628035596/ 

 

Ermənilər kəndə hücum edəndə ailəsini bu maşınla çıxardıb. Araz çayını keçəndə maşının altı zədələnib, ailəni Arazın bu tayında qoyub, geriyə, kəndə qayıdıb. Maşın üçün ehtiyat hissəni gətirməyə… Elə onda da girov düşüb…

Xanımı Arazın o üzündə uşaqları ilə birlikdə günlərlə onu gözləyib… Sonra hansı müsibətlərlə Bakıya gəlib çıxıb… “Qırmızı Xaç Məktubu”nda yazır ki, “Uşaqlar yaxşıdı, maşını da gətirmişəm, nigaran qalma…”

…Onun isə 3 il əsir düşərgəsində yaşadığı işgəncələrdən yaddaşı zədələnib - tarixləri və adları xatırlamır. Hətta girovluqda övladlarının adını da unutduğunu deyir...

Olduğu düşərgələrin təsvirindən, cəzaların növündən xilaskarının kimliyini təxmin etmək çətin olmadı… Gözucu QXM tarixlərinə baxdım, Sizin və mənim sevimlimin fəaliyyət dövrü idi. Amma müsahibim… axı adları xatırlamır… Naümid soruşdum, gözlərində işıq, sevinc və yaş dilləndi:

- Pyer! Pyer!

Sonra ər-arvad Pyerə alqış elədilər. Gözlərim dolmuşdu… Tanıdığım bütün girovlar Pyerin adını elə sevgi dolu minnətdarlıqla çəkir ki… Çünki həyatlarındakı yeganə səadətləri o insanın adı ilə bağlıdır…

Şərtlər nə olur, olsun, yaxşı olmaqdan əl çəkməyin!

 

P.S. Foto üçün Ilkin Nebiyevə, saç düzümümə görə isə Bakı küləyinə minnətdaram!
 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !