General-mayor Mayıl Şahverdiyev Ağcabədidə vətəndaşları qəbul edib - +FOTO=10 ( AZpress.AZ - İ.Mais)

General-mayor Mayıl Şahverdiyev Ağcabədidə vətəndaşları qəbul edib +FOTO=10 ( AZpress.AZ - İ.Mais)

www.facebook.com/groups/232461030668048/

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Ağcabədidə Ağdam və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edib.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Qəbuldan əvvəl Xidmət rəisinin müavini general- mayor Mayıl Şahverdiyev və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
Qəbul zamanı hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib.
Xidmət rəisi tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun qaydada tədbirlər görülməsi üçün qeydiyyata alınıb.

Xidmət rəhbərliyinin keçirdiyi qəbullarda 30 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, şəhid adı və statusunun verilməsi, övladlarının təkrar tibbi müayinəyə göndərilməsi, müddətli həqiqi hərbi xidmətə cəlb olunma, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərlə bağlı olub.
Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.
Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.


Fotomüxbir Mais Amin AZpress.AZ
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !