Bərdədə antisanitar pendir sexi AŞKARLANDI - (+FOTO=2)

Bərdədə antisanitar pendir sexi AŞKARLANDI (+FOTO=2)

 Qida Təhlükəsizliyi Agentliyinə Bərdə rayonu Mollalı kəndində antisanitar şəraitdə pendir istehsal edilməsi ilə bağlı şikayət daxil olub. Daxil olan məlumat əsasında qeyd olunan ərazidə Agentliyin əməkdaşları tərəfindən monitorinq aparılıb.

 

Agentlikdən Modern.az-a verilən məlumata görə, monitorinq zamanı şikayət öz təsdiqini tapıb. Məlum olub ki, qanunsuz fəaliyyət göstərən sexdə qida təhlükəsizliyi sahəsində sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmir.

 

Sexdə pendirin yağlılığını süni şəkildə artırmaq məqsədi ilə bitki yağlarından, habelə məhsula yüksək yağlılıq əmtəə görünüşü vermək məqsədilə beta karotin rəngləyici qida boyasından istifadə edildiyi aşkar olunub.

 

Məhsullardan nümunələr götürülərək ekspertizadan keçirilməsi məqsədi ilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

 

Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb, araşdırmalar davam etdirilir.

 

Agentlik vətəndaşlardan xahiş edir ki, istehlakçı hüquqlarının pozulması hallarına biganə qalmasınlar və qida sahəsində bu cür neqativ hallarla bağlı məlumatları olduqda 1003 nömrəli "Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər.

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !