Avropa İttifaqının Türkiyəyə qarşı sanksiya qərarının pərdəarxası… -

Avropa İttifaqının Türkiyəyə qarşı sanksiya qərarının pərdəarxası…

https://www.facebook.com/groups/1110444829106515/ 

 

ABŞ-ın S-400 təhdidlərinin ardınca Avropanın aparıcı qurumu da Ankaraya qarşı hücuma keçdi; politoloq: “Əsas məqsəd Türkiyəni Avropa İttifaqından uzaqlaşdırmaq və üzv qəbul etməməkdir”
…Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, son vaxtlar Türkiyəyə qarşı təhdidlər davam etməkdədir: “Burada həm S-400-lə, həm də son vaxtlar neytral sularda aparılan qazma işləri ilə bağlı problemlər qabardılır. Təəssüf doğuran məsələ də odur ki, bütün bu proseslər siyasiləşdirilir. Avropa İttifaqının sanksiyaların tətbiq edilməsi ilə bağlı açıqlamaları da bu seriyadandır. Kiprin Avropa İttifaqının üzvü olmasından və Şimali Kipr Türk Cümhuriyyətinin dövlət kimi qəbul olunmamasından istifadə edilir, neytral sular məfhumunu sıradan çıxarmaqla bu addımlar atılır. Təbii ki, əsas məqsəd Türkiyəni Avropa İttifaqından uzaqlaşdırmaq və üzv qəbul etməməkdir”.
A.Nağıyev qeyd etdi ki, eyni zamanda, Rusiya ilə yaxınlaşma da faktorlardan biridir: “Sanksiyalar tətbiq edilərsə, Avropa və Türkiyə arasında olan iqtisadi və hərbi sahədə olan tərəfdaşlıq pozulması təhlükəsi yaranacaq, idxal-ixrac əməliyyatları balansı pozulacaq. Təbii ki, siyasi məsələlərdə də gərginlik yarana bilər. Türkiyə tərəfi bəyan edir ki, qazma işləri davam edəcək. Zənnimcə, Türkiyə-Rusiya yaxınlaşması da bu səbəblərdən biridir. Yəni burada hansısa neytral sulara iki aya öncə bir gəminin girməsi ümumiyyətlə dilə gətirilmir, ikinci gəmi girən kimi sanksiyalardan söhbət açılır. Deməli, bu Vaşinqtonsuz baş verə bilməz. Hətta ABŞ dövlət departamentinin Brüsselin sanksiyalarını dəstəkləməsi də buna bir sübutdur. Digər məsələ də Türkiyə Mərkəzi Bankının rəhbərinin istefaya göndərilməsidir. Bu istefa ilə sanksiya məsələsi arasında müddət cəmi 9 gün oldu. Çünki pul siyasəti və Qərbin yatırdığı vəsaitlərin taleyi dəyişə bilər. Bir daha əmin olmaq olar ki, Kipr məsələsi səbəb deyil, bir vasitədir”…

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !