Aynur Camal cinayətin ört basdır edilməsinə qarşı... -

Aynur Camal cinayətin ört basdır edilməsinə qarşı...

www.facebook.com/groups/984665661568872/

 

“Kürəkən qayınanasını zorlayıb”. Bir neçə gün öncə belə bir xəbər vermişdik. Tərəddüdlə. Amma indi düşünürəm ki, nə yaxşi vermişik. Quba rayonundan zəng edib xahiş edirlər ki, xəbəri silək. Tərəflər barişmaq istəyir. Qayınata kürəkəni ilə bagli şikayətini geri götürmək istəyir. Çünki ailə bu qərara gəlib ki, kürəkən həbsə düşsə, onun uşaqlarına kim baxacaq. Şokdayam. Deməyə söz tapmıram... O cinayətkarın böyütdüyü uşaqlar nə olacaq? Ona - o əxlaqsız və mənəviyyatsiza, binamusa uşaq etibar eləmək olarmı? Bu gün qayınanasına etdiyi namussuzluğu bir gün öz övladlarına da etməzmi? Bəs o qadın - anası zorlanan, əri zorlayan qadın o şərəfsizi necə qəbul edəcək? Həyatına, evinə, yatağına??? Qayınata necə arvadını zorlayan bir ləyaqətsizə qızını, nəvələrini etibar edə bilir? Bu binamusluğu, bu cinayəti necə ört-basdır etmək olar? Sabah bu adamlar - “qohumlar” necə üz-üzə gələcək, bir-birlərinin gözünün içinə necə baxacaqlar? Suallar o qədər çoxdur... Fikirləşirəm, bu tip hadisələrə sosioloqlar, cəmiyyətşünaslar qiymət verməlidir, cəmiyyətin xəstə orqanları barədə onlar danişmalıdır. Kim? Kimlər? Varmı bizdə belə sosioloqlar? Cəmiyyətimizin probləmlərini öyrənən mütəxəssislər, təşkilatlar varmı? Varsa, öyrəndiklərini, bildiklərimi bizimlə də bölüşsünlər, lütfən. Braziliya seriallarınınmı “toxum”larıdır, artıq “bar” vərir, ya nədir? Hər halda, fikirlərinizi öyrənmək istərdim, dostlar, həmkarlarım! Baş verənlərin izahı varmı? Bağışlayanları bağışlamaq olarmı? Bu cinayəti ört basdır eləmək olarmı???...

 

Aynur Camal

 

*** 

 

Azərbaycanda qayınananın kürəkəni tərəfindən zorlanması ilə bağlı İNANILMAZ FAKTLAR

 

Bu günlərdə Quba rayonunun kəndlərindən birində baş vermiş zorlama hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl rayonun kəndlərindən birində yaşayan 1966-cı il təvəllüdlü Tahirə Qasımova (ad və soyadlar şərtidir) polisə müraciət edərək kürəkəninin onu zorladığını bildirməsindən və qadının qızının 34 yaşlı əri Elşad barəsində cinayət işinin açılaraq onun həbs edilməsindən sonra şikayətçi tərəf peşman olub.

Belə ki, zorlanan qadının həyat yoldaşı, kürəkəninin sərxoş olduğunu, hadisə vaxtı anlaqsız olduğunu bildirərək onun azadlığa buraxılmasını tələb edib. Kənd sakinlərinin bildirdiyinə görə, ailə hadisənin çox böyüməsindən və ictimailəşməsindən narahatdır. Buna görə də qayınanasını zorlayan kürəkənin sərbəst buraxılmasını və ailəsinə sahib çıxmasını istəyirlər.


Qeyd edək ki, hadisə günü 34 yaşlı Elşad qayınanasının yaşadığı evə gəlib və tək olmasından istifadə edərək ona qarşı zor tətbiq edib. Kürəkən qayınanası ilə zorla cinsi əlaqədə olandan sonra uzaqlaşıb.

Dərhal aparılan araşdırmalardan sonra fakt təsdiqini tapıb və hadisə ilə bağlı Cinayət Məcəlləsinin zorlama (149-cu) maddəsi ilə cinayət işi açılıb. Hadisəni törədən şəxs saxlanılıb. Quba rayon Məhkəməsi onun barəsində istintaq müddəti üçün həbs-qətimkan tədbiri seçib.

Araşdırmalar zamanı o da məlum olub ki, hadisəni törədən 34 yaşlı kişi daha əvvəl də bir neçə dəfə qayınanasını zorlamaq istəyib. Sonuncu dəfə isə o, kənd ərazisində pivə içib və spirtli içkinin verdiyi cəsarətlə, həmçinin qadının evdə tək olmasından istifadə edərək çirkin planını həyata keçirib.

Araşdırmalar davam etdirilir.

 

Muxtar

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !