Plastik kisələr - - Vaqif Bəhmənli yazır..

Plastik kisələr - Vaqif Bəhmənli yazır..

Plastik kisələr

 

Açarı çıxarıb dəri kisədən
sevincək açıram bağ qapısını;
bədgüman olmuram daha kimsədən...
qəzəbdən içimdə şüşə qab sınır.

 

Buna nə ad verim işğaldan özgə -
bağım tora düşüb,
hər yan kisədi.
Cidanı nə gizlər çuvaldan özgə;
nar kisə,
tut kisə,
eyvan kisədi...

 

Hasardan atdanıb qəfil içəri
Yağı güman edir-çöldür, aparır.
Bağımın başına torba keçirib
Gözüm görə-görə quldur aparır.

 

Bir vaxt uçuşardı quşlar güneydə,
baxardıq,
quzeydə bulud, qar uçur.
Arzular uçurdu qabaqlar göydə
indi də
plastik trobalar uçur.

 

Ona bax, kisədən şam lopa qoyub
sübhəcən boğulub, ağlayıb alma.
Küknür ingilisdi,
şlyapa qoyub,
Alman kalstuku bağlayıb alma.

 

Kisə çıxardanı gorbagor olsun,
Kisəni küçəyə atana lənət!
Kimyagər dünyanın gözü kor olsun,
Ay külək, sənin də atana lənət!

 

Söyürəm dünyanı, çıxarı çoxdu...
Kisə hardan bilsin bu evdi, damdı.
Vallah, kisələrdə bir günah yoxdu,
Məhləmi bu kökə salan, adamdı.

 

Nə alsan yarısı atılır indi,
O üzdən hər tərəf plastik torba!
Plastik torbada satılır indi
Ürək, qaraciyər, dietik şorba.

 

Özüm əkdiyimi özüm dərirdim
buğdam yelə gedib,
arpa dərirəm.
Vaxt vardı tənəkdən üzüm dərirdim,
İndi salxım-salxım torba dərirəm... 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !