İkinci ANIMAFILM festivalı beynəlxalq münsiflər heyətinin tərkibini elan etdi -

İkinci ANIMAFILM festivalı beynəlxalq münsiflər heyətinin tərkibini elan etdi

https://www.facebook.com/groups/250993438794052/ 

 

2-ci Bakı Beynəlxalq Animasiya Festivalı təşkilat komitəsi Almaniya, Azərbaycan, Rusiya, İran və Çexiyadan olan peşəkarlardan ibarət münsiflər heyətinin tərkibini elan edib.
İstedadın dəstəklənməsi və animasiya sənətinin irəlilədilməsi meyarlarına əsaslanaraq, festivalda nominasiyaları iki beynəlxalq tərkibli və bir uşaqlardan ibarət yerli münsiflər heyəti – animasiya filmləri və ssenarilər üzrə heyət dəyərləndirəcək.
Bundan əlavə, hər bir tamaşaçı da səs verməklə, animasiya filmlərinin qiymətləndirilməsinə öz töhfəsini verə bilər. Səsvermənin yekununda “Tamaşaçı rəğbəti mükafatı” təqdim ediləcək.
Beynəlxalq münsiflər heyətinə Azərbaycanın tanınmış rejissor-animatoru Məsud Pənahi başçılıq edəcək.
ANİMAFİLM-in təşkilat komitəsinin qərarı ilə festivalda Azərbaycan animasiyasının inkişafına verdiyi töhfəyə görə “Qızıl qayıq” heykəlcik-mükafatı verilməsi nəzərdə tutulub.
Münsiflər heyətinin üzvləri, həmçinin, müsabiqədənkənar və peşəkar proqramlarda da fəal iştirak edəcəklər.


ANİMAFİLM təşkilat komitəsi münsiflər heyətinin hər üç tərkibini təqdim edib:


1) Animasiya filmləri üzrə münsiflər heyətinin üzvləri
- Məsud Pənahi (Almaniya) – rejissor, animator, rəssam, ssenari müəllifi
- Cahangir Süleymanov (Rusiya) – rejissor, animator, rəssam
- Samir Salahov (Azərbaycan) – animasiya, qrafika və küçə sənəti kimi incəsənət sahələrində fəaliyyət göstərən rəssam
- Miroslava Yaniçatova (Çexiya) – animasiya və kino nəzəriyyəçisi
- Afət İlhamqızı (Azərbaycan) – AzTV-də “Palitra ART” verilişinin ssenari müəllifi, rejissoru və aparıcısı


2) Ssenarilər üzrə beynəlxalq münsiflər heyəti üzvləri
- Ramiz Fətəliyev (Azərbaycan) – Azərbaycanın tanınmış kino ssenaristi, xalq artisti, əməkdar incəsənət xadimi, Respublika Dövlət Mükafatı laureatı
- Zeynəb Qurbani Fəryad (İran) – animasiya üzrə rejissor, ssenarist, illüstrator
- İntiqam Qasımzadə (Azərbaycan) – əməkdar incəsənət xadimi, ədəbi tənqidçi, tərcüməçi və ssenarist
- Gülşən Tofiqqızı (Azərbaycan) – Yazıçı-publisist, ssenarist


3) Uşaq münsiflər heyəti üzvləri
- Aydan Kərimli (Azərbaycan) – Bilgəh 11 №-li İnteqrasiya Təlimli İnternat Məktəbinin şagirdi
- Beril Karaoğlu (Türkiyə) – Hazırda İstanbulda yaşayır. 4-cü sinif şagirdi
- Fatimə Allahverdiyeva (Azərbaycan) – Bakıda yaşayır. 257 №-li məktəbin 7-ci sinif şagirdi
- Nilufər Əzimzadə (Azərbaycan) – Hazırda Bakıda yaşayır. Texniki Humanitar Liseyin 8-ci sinif şagirdi
- Zərif Qasımova (Azərbaycan) – Hazırda Sumqayıtda yaşayır. Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının 2-ci sinif şagirdi


XATIRLATMA


Xəbər verildiyi kimi Azərbaycan animasiyasının inkişafına töhfə vermək məqsədilə 18-20 oktyabr 2019-cu il tarixində Bakıda İkinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək. Festivalda üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri təqdim olunacaq. Bu festival Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbir olan Birinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının (2018) davamıdır.
Builki festivalda uşaqlardan ibarət münsiflər heyəti böyüklərlə birgə fəaliyyət göstərəcək.
 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !