2023-cü ilədək 5G smartfonların payı 50%-i ötəcək -

2023-cü ilədək “5G” smartfonların payı 50%-i ötəcək

 4 il sonra "5G" texnologiyasını dəstəkləyən smartfonların sayı belə mobil şəbəkələrə qoşula bilməyən qurğularla müqayisədə daha çox olacaq. "Gartner" analitik şirkəti belə proqnoz verib.

AZpress.AZ  ICTnews-a istinadən bildirir ki, analitiklərin gözləntilərinə görə, 2023-cü ilədək smartfon satışlarının 51%-i "5G" modellərin payına düşəcək.

Bundan əvvəl 2019-cu ildə ABŞ, Cənubi Koreya, İsveçrə, Finlandiya və Böyük Britaniyanın bir sıra şəhərlərində "5G" şəbəkəsi istifadəyə verilib. Sözügedən texnologiyanın böyük şəhərlər xaricində tətbiqi üçün operatorlara müəyyən vaxt lazımdır.

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !