Mədəniyyət Nazirliyinin Layihə biznesi ... - - Faiq İsmayılov yazır..

Mədəniyyət Nazirliyinin Layihə “biznesi”... - Faiq İsmayılov yazır..

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə vurğuladığı “... Cəmiyyətin inkişafı üçün şəffaflığın təmin olunmasıı əsas şərtdir” ifadəsi, idarə və müəsisələrdə özbaşınalığın, korrupsiya və digər neqativ halların aradan qaldırılmasına və ya qarşısının alınmasına yönəli tapşırıqdır. Bu tapşırığın yerinə yetirilməsi yəni idarə və müəsisələrdə şəffaflığın qorunmasına nəzarət, hər bir vətəndaş cəmiyyəti üzvünün borcu və vəzifəsi olmalıdır.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Bunun nəticəsidirki Azərbaycan Vətəndaş Cəmiyyətinin üzvləri bir sıra Beynəlxalq tədbirlərin iştirakçısı və ya təşkilatçısı kimi çıxış edirlər. Bu müsbət fəaliyyətin genişləndirilməsi üçün Dövlət Büdcəsindən Vətəndaş Cəmiyyətləri üçün bir çox Dövlət Komitələri və Nazirliklərə böyük miqdarda vəsait ayrılır.
Bu təşkilatlardan biri və bəlkədə birincisi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır. Beləki hər bir Azərbaycan Vətəndaşı Şuraya daxil olan və ya xərclənən vəsait, layihə təqdim edən təşkilatlar, müsabiqədən keçən və keçməyən layihələr barədə asanlıqla məlumat əldə edə bilərlər. Eyni zamanda hansısa layihə rəhbəri, təqdim etdiyi layihədə onu razı salmayan hansısa bir xətanı aradan qaldırmaq üçün Şuranın yaratdığı Apelyasiya komisiyasına müraciət edib, müsbət nəticə əldə edə bilər. Bu Azərbaycan Vətəndaş Cəmiyyəti üçün çox önəmli, məqbul və təbliğ olunmağa layiq təcrübədir. Bu təcrübədən bütün Nazirliklər xüsusi ilə də Mədəniyyətimizin təbliğatçısı və qoruyucusu olan Mədəniyyət Nazirliyi yararlanmalıdır. Çünki dövlət büdcəsindən ayrılan vəsait istiqaməti üzrə dəqiq və şəffaf xərclənməlidir.
Təsüfki, Qeyri Hökumət Təşkilatlarının layihələrinin maliyyələşdirilməsi üçün ayrılan vəsait bəzi qurumlarda mötəkirlər tərəfindən mənimsənilir. Bu cür neqativ hallar Mədəniyyət Nazirliyində daha qabarıq şəkildə özünü büruzə verir. QHT-lərin layihələrini maliyyələşdirmək üçün Dövlət büdcəsindən ayrılan vəsaitin bölüşdürülməsi, Mədəniyyət Nazirliyində heç bir qayda və qanuna uyğun gəlmir. Nazirlikdə bu vəsaitin bölüşdürülməsi qaydaları haqqında cəmiyyətə heç bir məlumat verilmir.
Mədəniyyət Nazirliyininə QHT-ın layihələrini maliyyələşdirmək üçün ayrılan vəsaitin miqdarı və bölüşdürülməsi tam məxfi saxlanılır. Bu barədə heç kim və hətta Nazirliyin digər şöbələrinə və sektor müdirlərinə belə məlumat verilmir. Bu fəaliyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə verdiyi tapşırıqlqlara ziddir. Belə çıxırki, cənab Prezidentin tapşırıqlarına əhəmiyyət verilmir.
Nazirlikdə ildə iki dəfə QHT-ının layihələrini maliyyələşdirmək üçün müsabiqə elan olunur. Müsabiqə haqqında məlumat məhdud şəkildə Nazirliyin saytında yerləşdirilir. Müsabiqənin gedişi və təfərrüatları barədə məlumatlar il ərzində yalnız bu elandan ibarət olur.
Təqdim olunan layihələr və ya onların mənfi və ya müsbət xüsusiyyətləri barədə heç kimə hətta layihə rəhbərlərinin özlərinə belə məlumat verilmir. Müsabiqəyə təqdim olunan layihələr üzərində seleksiya və ekspert işləri aparılmır. Müsabiqəyə layihə təqdim etmiş vətəndaşlarla təmas yaradılmır, onlar layihələrinin müsabiqəyə uyğun olub olmaması barədə məlumatlandırılmırlar.
Layihələrin seçimi məxfi həyata keçirilir. Burada acı bir reallıq ondan ibarətdirki, Respublikada hansısa peşəkar bir təşkilat Mədəniyyət Nazirliyinin müsabiqəsində müstəqil şəkildə iştirak edib qalib ola bilməz. Bunun üçün “yuxarıdan icazə” tələb olunur. Nazirliyin “Yuxarı” eşelonunda adamın yoxdursa bu ideyalarından vaz keçib başqa donor axtarmalısan.
Bir qayda olaraq, Mədəniyyət Nazirliyinin Müsabiqə Komisiyasının yaxından tanımadığı və yaxından təmasda olmadığı layihə rəhbərlərinə vəsait ayrılmır. Bu qanunsuzluq Mədəniyyət Nazirliyində illərdir davam edir və onlara bu barədə gözün üstə qaşın var deyən olmur. Nəticədə isə Dövlət büdcəsindən ayrılan vəsait bəzi möhtəkirlər tərəfindən mənimsənilir.
Mənə verilən məlumata görə, QHT-nın layihələrini maliyyələşdirmək üçün Dövlət Büdcəsindən ayrılan vəsait, Mədəniyyət Nazirliyinin əməkdaşlarını və regional şöbələrin rəhbərlərinin yaxın qohumlarının adlarına açdıqları təşkilatlar arasında məxfi şəkildə tərtib edilən siyahı üzrə bölüşdürülür.
Məhz buna görə də bölüşdürülən vəsaitin miqdarı, eləcədə müsabiqə “qalibləri” cəmiyyətə təqdim olunmur, onların adları gizli saxlanılır.
Nəticə etibarı ilə Nazirlik tərəfindən görüntü yaratmaq məqsədi ilə təşkil edilən belə tədbirlər qeyri-peşəkarlar tərəfindən idarə olunduğuna görə bəsit və primitiv alınır. Məsələn; bu yaxınlarda Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən “Bölgələrdən - Bölgələrə” , “Bizi yurdumuza qaytarın” adlı Şou bu qəbildən olan tədbirlərdən biri kimi yadda qaldı.
Beləki “tədbirin” təşkilatçıları, Bakıda müxtəlif müəsisələrdən və fiziki şəxslərdən topladıqları məlum eksponat və əl işlərini maşınlarla bölgələrə daşıyıb sərgi kimi nümayiş etdirir; (?) (Halbuki nəzərdə tutulan əl işləri, bölgədə yaşayan vətəndaşlara məxsus olmalı idi) və Rayonlatın İcra Strukturlarıdan tədbirlərə iştirakçıların gətirilməsi xahiş olunur. (?) Tədbir təşkilatçıları tanıdıqları mətbuat və informasiya orqanlarını dəvət edir, şounun hay-küylü olması üçün dəridən-qabıqdan çıxırdılar. Bunu etməkdə məqsəd isə tədbirə ayrılmış vəsaitin silinməsinə stimul yaratmaq idi.
Bəs, “Bölgələrdən - Bölgələrə”, “Bizi yurdumuza qaytarın” adlı tədbirlər silsiləsinin effektiv olması üçün nə etmək olardı? – bu tədbirlər silsiləsinin effektli olması üçün Bölgənin mədəniyyəti, mətbəxi folklorunu təbliğ edən tədbirlər təşkil edilməli, qurulqn sərgilərin kompozisiya quruluşunun rəngarəngliyinin təmin edilməsi, bölgənin tarixi yerlərinə kütləvi ekskursiyalar təşkil edilməli, bölgə sənət adamlarının şairlərin, musiqiçilərin, bədii özfəaliyyət kollektivlərinin, qədim peşə sahiblərinin tikişçi, dülusçu və digərləri arasında müsabiqələrin təşkili və onların mükafatlandırılması, bölgə gənclərinin asudə vaxtlarının mənalı keçməsinə və onların məğulluğunun gələcəkdə bu istiqamətdə genişlənməsinə səbəb olardı. Bu fəaliyyətin mətbuatda təbliği isə turizmin bölgələrə cəlb olunmasına maraq yaradar və kənd turizminin inkişafına fayda verərdi. Lakin bu belə olmadı.
Mədəniyyət Nazirliyində QHT-ının layihələrini maliyyələşdirmək üçün Dövlət tərəfindən ayrılan vəsait, Nazirliyin bəzi əməkdaşla rının “biznesi”nə “qara bazar”larına çevrilməkdədir. Mən bu əməkdaşlar üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığını bir daha xatırladıram “... Cəmiyyətin inkişafı üçün şəffaflığın təmin olunmasıı əsas şərtdir” .
(Növbəti yazım Mədəniyyət Nazirliyinin ixtisassız kadrları barədə olacaq).


Faiq İsmayılov

 

AZpress.AZ XƏBƏR SAYTI QARŞI TƏRƏFİN DƏ MÖVQEYİNİ YAYIMLAMAĞA HAZIRDIR...
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !