Cəlilabad-Yardımlı yolunun əsaslı şəkildə yenidən qurulması yekunlaşır - ( +FOTO=12 )

Cəlilabad-Yardımlı yolunun əsaslı şəkildə yenidən qurulması yekunlaşır ( +FOTO=12 )

Dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, Azərbaycanda beynəlxalq, respublika və yerli əhəmiyyətli yolların müasir səviyyəyə çatdırılması istiqamətində mühüm işlər görülüb və görülməkdə davam edir. Yeni-yeni yollarının inşası, mövcud yolların ən müasir səviyyəyə çatdırılması isə ilk növbədə, əhalinin sosial məsələlərinin həlli baxımından olduqca vacib əhəmiyyətə malikdir.Cəlilabad və Yardımlı rayonları arasında yeni bir bağlantı yaradan 72 km uzunluğa malik Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisi də məhz buna hesablanıb.

 

Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Cəlilabad-Yardımlı avtomobil yolunun Yardımlı rayonu ərazisinə düşən 21 km-lik və Cəlilabad rayonu ərazisinə düşən 16 km-lik hissələrində yenidənqurma işləri yüksək sürətlə və keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılaraq yekunlaşdırılıb. Artıq 37 km-lik bu hissə tam yeni və müasir görkəmdə vətəndaşların istifadəsindədir.

 

60 mindən çox əhalinin yaşadığı 59 yaşayış məntəqəsini birləşdirən sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yol yatağının eni 10 metr təşkil edir. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyin hissələr daxildir.

 

Hazırda isə Dövlət Agentliyi tərəfindən Cəlilabad-Yardımlı avtomobil yolunun Cəlilabad rayonu ərazisinə düşən 35 km-lik hissəsində təmir işləri görülür. Bu hissədə mövcud yolun asfalt örtüyü uzun müddət istismar olunduğuna görə, bir çox yerlərdə deformasiyaya uğramış, çoxlu çalalar və çatlar əmələ gəlmişdir. Aparılan təmir işləri də bu problemləri aradan qaldırmağa hesablanıb.

 

Qeyd olunan hissədə yol profilə salınıb, zərurət yaranan ərazilərdə yararsız qrunt qazılıb çıxarılıb, ardınca əks-dolğu işləri görülüb, bəzi hissələrdə isə dağ yamacları kəsilərək yol genişləndirilib. Genişləndirilmiş və qazılmış hissələrdə lazımi qarışıqlardan istifadə edilməklə əsas işlənilib. Ümumilikdə təmir işlərinin aparıldığı ərazi 300 min kv.m-dən çox sahəni əhatə edib.

 

Layihə çərçivəsində yolun altından suların ötürülməsi üçün mövcud borular bərpa olunub, avtoqreyderlə 33 km uzunluğunda küvetlər açılıb.

 

Hazırda yolda asfaltlanma işlərinə start verilib. Asfaltlanma alt və üst lay olmaqla xırda və iri dənəli asfalt-beton qarışığından istifadə edilməklə aparılır və 200 min kv.m-dən çox sahəni əhatə edir. Asfaltlanma işləri yekunlaşan ərazilərdə çiyin hissələrin nəzərdə tutulmuş qalınlıqda optimal-qırmadaş qarışığı ilə bərkidilməsi işləri də görülür.

 

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

 

Tikinti işləri tam olaraq bitəndən sonra 38 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə 280 yol nişanı və məlumatverici lövhə, 35 km göstəricisi və 1610 siqnal dirəyi quraşdırılacaq, yolcızgi və yolgöstərici xətlər çəkiləcək.

 

Qeyd edək ki, iki rayonu birləşdirmək baxımından mühüm əhəmiyyətə malik yolun yenidən qurulması, ilk növbədə, vətəndaşların rahatlığını, nəqliyyatın və piyadaların təhlükəsizliyini təmin etmək, həmçinin ölkəmizdə nəqliyyat sahəsinin inkişafına dəstək vermək məqsədi daşıyır. Belə layihələr, eyni zamanda, Azərbaycanda reallaşdırılan sosial-iqtisadi inkişafın uğurla davam etdiyini göstərir. Bu cür müasir yol layihələrinin icrası ümumilikdə regionların iqtisadiyyatına da töhfə verir, fermerlərin məhsullarını daha rahat və tez daşıması üçün əlverişli şərait yaradır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !