Qəmli gecəmsən... - - Sevda İbrahimli yazır..

Qəmli gecəmsən... - Sevda İbrahimli yazır..

Qəmli gecəmsən


Ölmüsən könlümdə inan ki, yoxsan,
Qəmli gecələrimdə şirin xətalsan,
Deyirlər ətri var cənnət qoxulu,
Nə yaziq o hissi dadmamışam mən.



Adımı yazdırsam göyün üzunə,
Qazıyıb basdırsam dərin koksünə.
Bir tonqal qaladım könlün icində,
Kül olan o odda yanmamısam mən.



Sevgi nağılımız bir dastan oldu,
Bitdi ən sonunda bir nağıl oldu.
Nağıllar aləmi çox şirin olur
O şirin yuxunu dadmamışam mən.

 

 

***

 


Onunla dərdləşirəm


Könlümü incidir acı həqiqət,
Dost olyr mənimlə, sevgili həsrət.
Çoxları eyləyir, guyaki nəsiət,
Eşitmir qulağım, kar oluram mən.


Güvənə bilmirəm qohuma, yada,
Güvənə bilmirəm dosta, tanışa.
Əlimdə bayraqdır şərəfl adım
Təklənib tək qalan öz adımla mən.


Arxamda vicdanım,öndə əxlaqım,
Tək bircə adım var Sevdadır adım.
Dildən- dilə düsdum hər sözumlə mən,
Ən sonda təkləndim öz - özümlə mən .


Görəndə iki üz nadan insanlar,
Çörəyi dizində olan insanlar .
Çox yaxın dost bilib qələm, dəftərli,
Yenədə onunla dərdləşirəm mən.


Haqsızlıq,nadanlıq könlümü didər,
Od tutub yanmağa qığılcım yetər.
Alışıb yansam mən, deməyin keçər,
Ürəyi daşlaşıb daş oluram mən

 

 

***

 


Tək Yaratdın


Mən bir nəğmə söyləsəm
,dinləyən tapılarmı?.
Kədərlənsəm, sevinsəm ,
Bir kimsə qatılarmi?.
Əlimi açıb göyə ,
Tanrım, dua eyləsəm,
Səndən nicat istəsəm,
Duaları etməyə,
Kimimsə qatılarmı?
Suallarım beynimdə,
Dualarım ağlimda.
Yarandığım bir gündən,
Tanrı ! Sevgin könlumdə.
Tək yaratdın, tək qaldım,
Təkcə sevgin könlümdə.
Könüldən nəğmə söyləsəm,
Dinləyən tapilarmı?.

 

 

***

 

 

UCALAR QADIN


Ana zirvəsinə ucalar qadın,
Hörmətin qazanar qohumun,yadın.
Ruhu mələklərdən kam alar onun,
Qoruyar hər zaman şərəfli adın.



Ana həsrətindən uca taxt qurdum,
Yollara dikilən gözləri yordum.
Əllərim çatmadı əlinə ana,
Könlümdə həsrətdən bir yuva qurdum.



Hər dərdə cəfaya dözən analar,
Qəm kədər gölundə üzər analar.
Övladı çətinə ,dara düşəndə,
Axtarar min çarə gəzər analar.

 

 

 

***

 

 

Şair qələmi


Şairin qələmi,sözü yandırar,
Qammazın dilini, özü yandırar.
Bütöv bir məmləkət alovlanarsa,
Bir kibrit çöpüylə nələr yandırar?.


Şair qələmiylə sözün çatdırar,
Yelat zəmanəyə minər çapdırar.
Cahillik, cəhalət hökm edən yerdə,
Şairin qələmi özün yandırar.


Şair şair olsa sözün çatdırar,
Cilalayar, calayar, sözün artırar .
Əridər gözünün ömür yağını,
Başını dik tutar düşmən yandırar.


Ay Sevda əritmə könül yağını,
Sinəyə çəkmə gəl sinə dağını.
Qoruya bilməsən köksun solunu,
Dikərlər qəbrində sinə daşını.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !