DƏRBƏND - - Tofiq Nurəli yazır..

DƏRBƏND - Tofiq Nurəli yazır..

DƏRBƏND


Qəlbimdə bir nəğmə dolaşır elə..,
Nə vaxt eşitmişəm, yadımdan çıxıb.
Havası başıma vuranda hərdən
Sanki təkərlərim oxundan çıxır.

 

Ah, necə unutdum mən o nəğməni..,
Pəsdən oxunardı; yorğun..,bariton.
Onda ruhu vardı bir dağ kəlinin..,
Onda ruhu vardı qara barıtın.

 

Orda pəncərəyə günəş düşürdü..,
Bir də uzaqlaşan nal tappıltısı...
Bir gözəl baxırdı o pəncərədən—
Qarşıda möhtəşəm DƏRBƏND QAPISI...

 

...İgidlər doğrandı NARINQALADA..,
Yağıya qul getdi o gözəl pəri...
Qoruya bilmədik—bu gözəl VƏTƏN
Hər yandan budanır o vaxtdan bəri...

 

Igidlər doğrandı Narınqalada
Igidlər doğrandı Narınqalada
Igidlər doğrandı Narınqalada
İgidlər doğrandı Narınqalada

 

Dərbənd ki, bu yurdun tən ortasıydı,
Yoxuydu bu yurdun ucu-bucağı...
Xainlər söndürdü gecə yarısı
Dağların başında yanan ocağı...

 

...İgidlər doğrandı Narınqalada
Igidlər doğrandı Narınqalqda
Igidlər doğrandı Narınqalada
Igidlər doğrandı Narınqalada

 

...İllərdi səs gəlir Narınqaladan..,
O səs qeybə gedir gün çıxa-çıxa...
Deyirlər o qızdı, belə oxuyur :
--Bir gün su gələcək bu köhnə arxa..,
Yetər ki,oğullar doğsun analar,
VƏTƏN qana dönsün damarlarında..,
Girib savaşlara, göz də qırpmadan
Baş kəsib-qan töksün VƏTƏN yolunda! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !