Dünən əməlindən peşman olan...bu gün özünü günahkar görmür?... -

Dünən əməlindən peşman olan...bu gün özünü günahkar görmür?...

Bakı Apelyasiya Məhkəməsində azyaşlının uşaq bağçasında fiziki zorakılığa məruz qalması ilə bağlı açılmış cinayət işi üzrə bəraət almış “Kids Studio” Uşaq Mərkəzinin rəhbəri Nigar Müseyibova barəsindəki hökmdən prokurorluğun verdiyi apelyasiya protestinə baxılıb.

APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə prokuror vəsatət verərək şikayətin qismən istintaqla aparılmasını xahiş edib.

Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. N. Müseyibova ittiham üzrə özünü təqsirli bilməyib.

O bildirib ki, uşaqların döyülməsində heç bir günahı yoxdur: “Videogörüntülər, şahid ifadələri mənim günahım olmadığını göstərdi. İşdə olduğum müddətdə belə hal olmayıb. Kameralara işçim Nərgiz Novruzova nəzarət edirdi. O da mənə bu barədə məlumat verməyib. Bunu Nərgiz məhkəmədə, ifadəsində də təsdiqləyib. Valideynlərin də onlayn nəzarət imkanı vardı və heç biri mənə bu barədə bir söz deməyib. Bizdə müəllim işdən ayrıldı və sonradan bu götüntüləri yaydı. Özü də istintaqda, məhkəmədə ifadəsində bildirdi ki, baş verənlərlə bağlı mənə məlumat verməyib”.

Prokuror Nərgiz Novruzovanın prosesdə şahid qismində dindirilməsi barədə vəsatət verib. Vəsatət təmin edilib. Proses iyulun 29-da davam edəcək.

Qeyd edək ki, 2018-ci ildə Yasamal rayonunda yerləşən “Kids Studio” Uşaq Mərkəzində azyaşlıların fiziki zorakılığa məruz qalması barədə video yayılıb. Uşaqlara qarşı zorakılıq etmiş tərbiyəçi Firuzə Tağıyeva barəsində cinayət işi başlanılıb və Yasamal Rayon Məhkəməsinin hökmü ilə o, şərti azadlıqdan məhrum edilib. “Kids Studio”nun rəhbəri N. Müseyibovaya Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham verilsə də, məhkəmə ona bəraət verib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !