Ağdam rayonunun işğal edilməsindən 26 il ötür - ( +FOTO=21 )

Ağdam rayonunun işğal edilməsindən 26 il ötür ( +FOTO=21 )

Azərbaycanın dilbər guşələrindən olan Ağdam rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən 23 iyul 1993 cü ildə işğal edilməsindən 26 il ötür.
Bununla əlaqədar rayonun girişindəki Şəhidlər abidə kompleksi qarşısında ümumrayon anma mərasimi keçirilib.
Erməni silahlı quldur dəstələri rayonun 1154 kvadratkilometrlik ərazisinin 76,4 faizini – 1 şəhər, 1 qəsəbə və 82 kəndi işğal edərək vəhşicəsinə talayıb, dağıdıb və yandırıb.
Rayon ictimaiyyəti, əmək kollektivlərinin nümayəndələri, şəhid ailələrinin üzvləri, Qarabağ əlilləri və müharibə iştirakçıları, hərbçilər abidə kompleksi önünə gül-çiçək dəstələri düzərək, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edənlər Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Elman Məmmədov, Qarabağ müharibəsi əlilləri və veteranları Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıblar. Bildiriblər ki, Ermənistanın Qarabağın dağlıq hissəsini işğal etmək məqsədilə 1988-ci ilin fevralından başladığı müharibənin əsas çətinlikləri Ağdam rayonunun, onun əhalisinin üzərinə düşüb. Qarabağ müharibəsinin bütün ağrılarını çiyinlərində daşıyan Ağdam düşmənə qarşı 5 illik savaşda 6 mindən çox şəhid verib, torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş Ağdamlılardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Çıxışlarda vurğulanıb ki, ağdamlılar doğma torpaqlarının işğal altında qalması ilə heç vaxt barışmayacaqlar. Onlar respublikamızın ərazi bütövlüyü uğrunda Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa hər an hazırdırlar. Tədbir Ağdam Dövlət Dram Teatrının hazırladığı ədəbi-bədii kompozisiya ilə başa çatıb. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !