Sizi sevirəm, Flora xanım! Doğrudan da... - - Aydın Canıyev yazır..

Sizi sevirəm, Flora xanım! Doğrudan da... - Aydın Canıyev yazır..

Görkəmli və sevimli sənətkarımız Flora xanımdan yazım lent.az-da çıxmışdı. Danışdıq. Yazını kağızda istədi. "Elçi" qəzetində verib apardım. Onda "qrup yoldaşımı" da özümlə götürdüm.
Qəşəng plov yedirtdi bizə. Yazıya verdiyi dəyəri telefonda yox, evində, süfrəsinin başında üz-üzə dedi:
- Mənim haqqımda çox yazılıb. Yaxşı yazılar da lap çox yazılıb. Amma sənin yazdığın lap yaxşı yazıdı, heç kim belə yazmayıb, bu yazını qızıl çərçivəyə alıb asacam evdən - qoy doğmalarım mən olmayanda da görsünlər, oxusunlar. Sən məni sevirsən. Sevməsən belə yaza bilməzdin!
... Yanımdakı "qrup yoldaşı"m da məni itə-pişiyə, Afrikanın həbəşinə, Asiyanın buşmeninə, Avropanın oranqutanına, Amerikanın qottentotuna belə qısqanırdı! Və birdən... yaşadığı hər yerdə və hər zaman sevimli bir xanımın dilindən eşitməsi! Ki... "sən məni sevirsən!"

Məndə çox şey yoxdu, amma çevik ağlımla, işıq sürətli məntiqimlə həmişə vəziyyətdən çıxıram, bir şərtlə ki, günahım yoxdursa.

- Flora xanım, Yaradan Sizi bütün zamanlarda ürəyi olan bütün insanlar üçün, mələklər və hurilər üçün sevimli yaradıb, sevməzmiyim? Amma mən Müslüm Maqomayevdən, Alim Qasımovdan da belə möhtəşəm yazmışam - onları da sevirəmmi? Siz heç vaxt məni oxumayıbsınız - mən yazılarımı sevə-sevə, sevgiylə yazıram. Ona görə belə rəy yaranır!

Flora xanım üstümə gəlmədi, dirənmədi və qəşəng bir keçid etdi:

- Sən yazını yazıb bitirməmiş mən bilirdim məndən yazırsan. Redaksiyada Ülkər adlı qız var. Məni çox istəyir. Sən yazını yazanda, oyan-buyana keçəndə gözucu mənim adımı görüb, narahat olmuşdu. Mənə xəbər elədi. Dedi ki, "bu" həmişə tənqid yazır, qalmaqallı yazılar yazır. İndi də oturub sizdən nəsə yazır. Siqaret çəkməyə çıxanda baxaram, görüm nədir yazdığı...

Onda mən lent.az-ın "Sahil"dəki redaksiyasına gəlib yazırdım. Qabil bəy bir kompüter ayırırdı - 1 saat, saatyarim oturub birbaşa 10-15 min işarə həcmində yazır, çıxır gedirdim. Arada - 10-15 dəqiqədən bir siqaret çəkməyə çıxırdım: siqaret və çay yoxdursa, yazı çox "suxoy" alınır məndə. "İsrafil" demişkən, oxucu kənardan görür ki, emosiya çatmır, diri oynamıram!

Sonralar... Vüsalə xanım kompüter bağışladı - düzdü, o kompüteri qaytardım üzülüşəndə. Çünki Vüsalə xanım Mahirqızı Şakir Yaqubov, Mehman Cavadoğlu və İlyas İsmayılovdan sonra Azərbaycan mətbuatında əməkdaşını, işçisini dəyərləndirən, haqqını dediyi gün ödəyən vicdanlı və ədalətli rəhbərlərdən gördüyüm sonuncu İnsan idi. Hərçənd geri istəməsə də, qaytardım! Həm də məhz bu saytda bir daha üzə çıxdı: məni hələ də onminlər oxuyur, izləyir! Həm də ən gözəl kollektivi gördüm... mətbuatın qətlinə fərman verilməsinə baxmayaraq! O kollektivin heç dəhlizdəki tozuna da tamah salmaq olmazdı - günah olardı. Üstəlik də necə gözəl yazılara meydan vardı!
Flora xanımla sağollaşanda deyə bilmədim, bu gün burdan deyirəm:
- Flora xanım, doğrudan da Sizi sevirəm -
Yaradan sizi sevdiyi kimi!
Cənnət Mələyi kimi...
Səslər tablosundakı Da Vinçi kodu kimi!
p.s. Alim Qasimov haqqındakı "Musiqimizin trümolası" ("Məkan" qəzeti) yazım barədə evində qonaq olanda xanımı, iş yerində dostu Şeyx Əbdül Mahmudbəyov eynilə Flora xanım kimi yüksək dəyər verib, razılıq ediblər! 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !