...Qazaxdan Naxçıvana qədər Ermənistandır … - - Faiq İsmayılov yazır.. ( +FOTO=17 )

“...Qazaxdan Naxçıvana qədər Ermənistandır”… - Faiq İsmayılov yazır.. ( +FOTO=17 )

Ermənistanın mədəni irs araşdırıcıları Qazax, Gədəbəy, aran və dağ Qarabağdan Naxçıvana qədər və Naxçıvan da daxil olmaqla bu ərazilərdəki bütün mədəni-irs nümunələrinin ermənilərə məxsusluğu barədə fikirlər səsləndirirlər. Bu barədə Ermənistanın “Nev info” saytında məlumat verilir.

Bu saytda gedən “Azərbaycan ərazilərində məhşur erməni abidələri” adlı yazıda yer alır. “Ադրբեջանի ներկայիս տարածքի նշանավոր հայկական հուշարձանները”. Daha bir vacib məsələ isə, güya bu ərazilər bir zamanlar Ermənistana məxsus osada, tarixin müəyyən dönəmlərində azərbaycanlılar tərəfindən zəbt olunub. Qarabağ probleminin artıq həll olunmuş kimi göstərən Ermənistanın ideoloji maşını cəzasızlıqdan doğan bir həyəsızlıqla Azərbaycanın bu bölgələrinə də ərazi iddiaları irəli sürürərək, Azərbaycana qarşı yeni terrorun prespektiv planlarını açıqlayırlar.

Gədəbəyin 7-8 kilometrliyində olan bu abidəni erməni milli dəyərlərinin ən unikal nümunəsi kimi təqdim edirlər. Onlar iddia edirlərki bu abidə hal-hazırda Azərbaycanda kürd və türk çobanları tərəfindən tövlə kimi istifadə olunur. Erməni tədqiqatçılar bu məsələnin BMT və YUNESKO kimi Beynəlxalq təşkilatlarda qaldırılmasının zəruriliyini vurğulayırlar.

https://newinfo.am/ադրբեջանի-ներկայիս-տարածքի-նշանավոր/karapet-nf020/?fbclid=IwAR17wPbEDY3LYH5yWmLMvfLdbVGW1WH-6NJ_mm54pvUQ1CNndZfE8ZH0fbw

Ermənilər uydurduqları yalanları Azərbaycananın “törətdiyi” qanun pozuntusu kimi təqdim edib, Beynəlxalq Təşkilatlarda Azərbaycana qarşı iddia ilə çıxış edə bilirlər.Amma təsüflər olsun ki Azərbaycan tərəfi ermənilərin Qarabağda törətdikləri vandallıqları YUNESKO-nun bu il Bakıda keçirilən 43-cü sessiyasında təqdim etməyə cəsarəti çatmadı. Nədən biz bu ideoloji mübarizədə düşmənin qabağından çəkildikcə, onun üstümüzə gələcəyini anlamadıq? Niyə biz bu fürsətdən yararlanıb öz haqq işimizi tələb etmədik? Niyə?


Qazax rayonundakı Göyəzən dağı, allahın Azərbaycana bəxş etdiyi unikal təbiət abidələrindən biridir. Zaman – zaman Azərbaycanın məhşur şair, nasir və elm xadimləri bu abidə haqqında dəyərli fikirlər səsləndirmiş, onun gözəlliyini vəsf etmişlər. Bu abidə də Ermənistanın adı çəkilən saytındakı “Azərbaycan ərazilərində məhşur erməni abidələri” adlı məqalədə erməni abidəsi kimi məqalənin bəzəyinə çeviriblər.
Bütün bunlar Ermənistanın Azərbaycana qarşı bitib tükənməyən ərazi iddialarının nəticəsində yaranan “Böyük Ermənistan” arzusunun tərkib hissəsidir. Biz güzəşt etdikcə onların iddiaları daha da güçlənir.


Naxçıvan Muxtar Respublikasının, Şahbuz rayonundakı Kənd Şahbuz deyilən ərazidəki Alban dövrünə aid bu zəng qülləsini “Böyük Ermənistan”ın mədəni irsinə aid olduğu barədə təbliğat aparırlar.
Ermənistanın Naxçıvana qarşı ərazi iddiaları 100 ildən çoxdur ki davam edir. Onlar təbiət təsirləri nəticəsində uçquntulara məruz qalan bu abidələri, Azərbaycanın erməni abidələrinə “vandallığı” kimi təqdim edərək BMT-yə dəfələrlə müraciət ediblər.

Alban dövrünə aid olan bu abidə də Naxçıvanın Kənd Şahbuzla üz-üzə olan ərazidə yerləşir. Məqalədə bu məbəd XIV əsr erməni abidəsi kimi təqdim edilir və azərbaycanlılar tərəfindən dağıdıldığı barədə “sübutlar” toplanaraq Beynəlxalq təşkilatlara göndərilir. Nəticədə erməni yalanları həqiqət kimi üzümüzə çırpılır.

Bu müşahidə qalası Daşkəsən rayonunun Çovdar kəndindən 2 kilometr şərqdə yerləşir. Erməni mənbələrinə görə “Böyük Ermənistan” mədəni irsinə aiddir.

Məbəd Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisindədir. İnşa tarixi 1312 və ya 1640-cı illərə aid edilir. Erməni mənbələrinə görə “qədim” erməni torpaqlarında yerləşən bu abidə “Böyük Ermənistan” mədəni irsinə aiddir.


Abidə, Daşkəsən rayonunda yerləşən Monastr kompleksindən salamat qalan zəng qülləsidir. Abidənin memarlıq quruluşu 1847-ci illərin memarlığına uyğun gəlir. Erməni mənbələrinə görə “qədim” erməni torpaqlarında yerləşən bu abidə “Böyük Ermənistan” mədəni irsinə aiddir.


Məbəd Gədəbəy rayonu ərazisindədir. İnşa tarixi X-XI əsrdə aiddir. Erməni mənbələrinə görə “qədim” erməni torpaqlarında yerləşən bu abidə “Böyük Ermənistan” mədəni irsinə aiddir.

Antik qala qalıqları. Gədəbəy rayonu Qalakənd kəndinin şimalında yerləşir. Abidənin IX-X əsrlərdə inşa edildiyi güman edilir. Erməni mənbələrinə görə “qədim” erməni torpaqlarında yerləşən bu abidə “Böyük Ermənistan” mədəni irsinə aiddir.

Abidə Daşkəsən rayonunun Bayan kəndindən 3 kilometr cənub şərqdə, Bayan çayını sağ sahilindəki zirvədə inşa edilib. İnşa tarixi 1759-cu il güman edilir. Erməni mənbələrinə görə “qədim” erməni torpaqlarında yerləşən bu abidə “Böyük Ermənistan” mədəni irsinə aiddir.

Məbəd Ordubad rayonu Anabad kəndi ərazisində Araz çayı sahilində yerləşir. Tikinti quruluşu XIV-XV əsr memarlığına uyğun gəlir. Erməni mənbələrinə görə “qədim” erməni torpaqlarında yerləşən bu abidə “Böyük Ermənistan” mədəni irsinə aiddir.

Əlincə qalası. Erməni mənbələrinə görə “qədim” erməni torpaqlarında yerləşən bu abidə “Böyük Ermənistan” mədəni irsinə aiddir.


Mənbənin verdiyi məlumata görə bu abidə Gəncə şəhərinin Abbaszadə küçəsində yerləşir. Sovet dövrü abidədən klub kimi istifadə olunub. . Erməni mənbələrinə görə “qədim” erməni torpaqlarında yerləşən bu abidə “Böyük Ermənistan” mədəni irsinə aiddir.

Abidənin Gəncə şəhərində olduğu iddia edilir.

Bakıdakı erməni kilsəsi. Erməni mənbələrinə görə “qədim” erməni torpaqlarında yerləşən bu abidə “Böyük Ermənistan” mədəni irsinə aiddir.
Bəs ərazisinin 20%-i işğal altında olan bir ölkənin Mədəniyyət Nazirliyi nədən Ermənistanın işğalı altındakı ərazilərdə qalan tarix və mədəniyyət abidələlərinin qeydiyyata alınması və pasportlaşdırılması işləri aparılmır?
Faktiki olaraq işğal altındakı ərazilərimizdə 2645 tarix və mədəniyyət abidəsi, o cümlədən 1814 memarlıq abidəsi, 747 arxeoloji abidə, 64 bağ-park monumental və xatirə abidələri mövcuddur. Butun bu abidələrin siyahısı, görüntüləri və coğrafi mövqeyi barədə məlumatlar 2 il bundan öncə Mədəniyyət Nazirliyinə təqdim edilib. Bəs o zaman bu fəaliyyətin icrasına mane olan səbəb nədir?
Faiq İsmayılov
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !