2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi keçiriləcək -

2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi keçiriləcək

 AZpress.AZ xəbər verir ki, 12-14 sentyabr tarixlərində Boulevard Hotel-də 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisi “Gift & Promo 2019” keçiriləcək. Sərgi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu vəAzərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir.

 

Gift & Promo 2019 sərgisi:

 

1) Korporativ hədiyyələr və suvenirlər sahəsində təqdim olunan ölkədə və regionda yeganə beynəlxalq sərgidir. Burada promo məhsul və xidmətləri, VİP hədiyyələr, həmçinin əzizləriniz və dostlarınız üçün hədiyyələr təqdim olunacaq

 

2) Reklam xidmətlərinin sifarişçilərinin suvenir və promo məhsulları istehsalçıları və distributorları ilə tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq yollarını müzakirəsi üçün unikal işgüzar platformadır

 

3) 3 gün ərzində 3000 yaxın ziyarətçidir. Onların sırasında şirkət müdirləri, marketinq üzrə direktorlar, satınalma üzrə direktorlar yer alırlar

 

4) VİP hədiyyələr, suvenirlər, korporativ hədiyyələr, dəri məhsulları, tekstil, bayraqlar və aksessuarlar, müxtəlif fəaliyyət növləri üçün uniforma, zərgərlik məmulatları, əl işləri, oyuncaqlar və müəllif kuklalar, floristika, xüsusi toy sektoru və s. kimi sahələrdir. Tam siyahı ilə linkdən keçərək tanış olmaq mümkündür:giftfair.az/az-content/54.html

 

5) Müxtəlif B2B görüşlərdən, panel diskussiyalardan, müsabiqələrdən, defilelərdən ibarət olan geniş işgüzar və əyləncə proqramları.

 

6) Yaxşı əhval-ruhiyyə, parlaq təəssüratlar, yeniliklərlə görüş yeridir!

 

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !