"İnsan alveri insan ləyaqətini alçaldır" mövzusunda maarifçilik tədbirləri davam etdirilir - ( +FOTO=6 )

"İnsan alveri insan ləyaqətini alçaldır" mövzusunda maarifçilik tədbirləri davam etdirilir ( +FOTO=6 )

Beynəlxalq Hüquq Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "İnsan alveri insan ləyaqətini alçaldır" layihəsinin həyata keçirilməsini davam etdirir. Ağstafa rayonundan sonra tədbirlər 26 iyul 2019-cu il tarixdə Tovuz rayonunda davam etdirilmişdir. Layihə çərçivəsində rayonun Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının inzibati binasında yuxarı sinif şagirdlərinin, gənclərin, müxtəlif yaş qrupundan olan həkimlərin, tibb, təhsil, tərbiyə müəssisələrinin əməkdaşalrının iştirakı ilə "İnsan alveri insan ləyaqətini alçaldır" mövzusunda insan alverinin mahiyyətini, onun formalarını, insan alverinə qurbanların cəlb edilməsi yollarını, insan alveri qurbanlarının dövlət tərəfindən müdafiəsini, insan alverinin ağır cinayət olmasını, insan alveri hallarının müəyyən edilməsi üçün mümkün davranış qaydalarını əhatə edən seminar keçirilmişdir.
Daha sonra üzərində insan alveri ilə bağlı müvafiq yazılar yazılmış maykaları geyinmiş könüllülərin iştirakı ilə "İnsan alveri insan ləyaqətini alçaldır" adlı bukletlərin paylanması ilə bağlı ictimai aksiya keçirilmişdir. İctimai aksiya Yeni AZərbaycan Partiyası Tovuz rayon təşkilatınını inzibati binasından başlayaraq, şəhər parkından keşərək mərkəzi küçələrdə olan ticarət obyektlərindən qarşısından keçməklə mərkəzi küçələri əhatə etmişdir, bukletlərin paylanması zamanı xüsusi izahatlar verilmiş, aksiyanın məqsədinin problemin ictimailəşdirilməsi, əhalinin maarifləndirilməsinin olması diqqətə çatdırılmışdır. Daxili İşlər Nazirliyinin insan alveri qurbanları üçün 152 qaynar xətti, insan alverinin qurbanları üçün nəzərdə tutulmuş sığınacaq barədə ətraflı məlumatlar verilmişdir. Tədbirdə Tovuzr rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları iştirak etmişdir. Seminardan sora tədbir iştirakçılarına konfidensial və anonim məsləhətlər verilmişdir.

Beynəlxalq Hüquq Assosiasiyası
İctimai Birliyinin
sədri Bəxtiyar Əliyev
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !